Türkiyədə universitet təhsili_03_Ankara Yıldırım Beyazit Universiteti

Türkiyənin tanınmış universitetlərindən olan Ankara Hacettepe Universiteti 1967-ci ildə yaradılıb, burada əsasən tibbi və texniki fakültələr üstünlük təşkil edir.

681649
Türkiyədə universitet təhsili_03_Ankara Yıldırım Beyazit Universiteti

  Türkiyədə universitet təhsili almaq istəyən gənclərə üzümüzü tuturuq bu verilişlə. Mətni Mücahit Türköne yazıb, Sevda Mirzə oxuyur.     

  Türkiyənin tanınmış universitetlərindən olan Ankara Hacettepe Universiteti 1967-ci ildə yaradılıb. Universitetdə əsasən tibbi və texniki fakültələr üstünlük təşkil edir.

  Rektor, professor Haluk Özen universitetlə bağlı məlumat verərək deyir:

  “Hacettepe 50 ildir bu ölkənin təhsilinə pay verməyə çalışan bir dövlət universitetidir, 14 fakültə, 14 institut, 4 orta məktəbi və 1 konservatoriyası fəaliyyət göstərir. Univeristetdə səhiyyə, sosial, humanitar, mühəndislik və incəsənətlə bağlı fakültələr də var.  

  Türkiyədə çox xarici tələbənin oxuması ölkənin prioritet sahələrindən biridir. Son 10 ilə nisbətən bu baxımdan çox ciddi irəliləyişlər var.

  Ankara Hacettepe Universitetində təxminən 35 min tələbə təhsil alır ki, bunun 1200-ü xarici gənclərdir. Bu uşaqlar evlərindən, yurdlarından gənc yaşlarında ayrıldığı üçün bir sıra çətinliklər yaşayır təbii ki. Amma bacardığımız qədər dəstək verməyə çalışırıq.  

  Xarici tələbələrin türk dilini öyrənmələri üçün TÖMER kursları var. 1 illik hazırlıqdan sonra kursa keçə bilirlər.

  Bundan başqa, Universitetdə xarici tələbə qrupu var ki, burada inzibati işlərə məsul müəllimlər əcnəbi gənclərin problemlərini həll etməyə səy göstərir. Türklərə xas qonaqpərvərliklə bu gənclərə yardım etməyə çalışırıq.

  Xarici tələbələr də Ankara Hacettepe Universiteti haqqında fikirlərini TRT “Türkiyənin səsi” radiosu ilə bölüşüb.

  Fələstindən olan Həmzə adlı tələbə universitetin 2-ci kursunda oxuyur. O deyir:

  “Burada həqiqətən gözəl təhsil imkanı var. Müəllimlərimiz əsasən professorlardır. Fələstinlə müqayisədə təhsil çox keyfiyyətlidir. Türkiyədə həm öyrənir, həm əylənirik.

  Gözəl və əsas ehtiyaclarımızın təmin edildiyi korpusumuz var. İdman salonundan istifadə edir, idman yarışları keçiririk. Kitabxanası da çox yaxşıdır. İstədiyimiz kitabların çoxunu tapa bilirik, həm də hər dildə.

  Həqiqətən burada - Türkiyədə yaxşı təhsil almaq mümkündür.”

  Qırğızıstanlı gənc qız Adım Kanekin isə Ankara Hacettepe Universiteti İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbəsidir. O deyir:

  “Xaricdə təhsil almaqla bağlı mənim ailəm mənə dəstək olub və olur. Türkiyə mənim üçün böyük bir dəyişiklik idi: başqa ölkədə başqa mədəniyyət, başqa dil və başqa insanlar. Hacettepe Universitetində oxumaq mənə bütün bu imkanları verdi. Hər ölkənin, hər mədəniyyətin nümayəndələri var burada, Ərəbistanından ta Asiya və Avropaya qədər. Mədəni fərqlərimizi bir-birimizə təqdim edir, maraqlanır, öyrənirik.

  Mən dillə bağşlı çətinlik çəkmədim, çünki türk və qırğız dilləri bir-birinə yaxındır.

  Türkiyəni mənə sevdirən həm də yeməkləridir. Biz qırğızlar əsasən ət yeməklərini sevirik, amma Türkiyədə belə deyil. Buna görə Türkiyənin yeməkləri mənə fərqli, maraqlı gəlir və çox sevirəm.

  Mən öz adımdan, ümumiyyətlə, Türkiyədə təhsil almaq istəyən bütün xarici gənclərə demək istəyirəm ki: “Gəlməzdən əvvəl təməl türkcəni öyrənsəniz, sizə daha çox faydalı olar, zaman itirməzsiniz.” Amma təbii ki, burada da öyrənə bilərsiniz, sizə türkiyəli yoldaşlarınız mütləq kömək edəcək.”



Әlaqәli Xәbәrlәr