Dünya İqtisadiyyatından Xəbərlər

İstanbul Maliyyə Mərkəzi Qlobal Maliyyə Bazarında

672648
Dünya İqtisadiyyatından Xəbərlər

Qloballaşma prosesi sürətlənincə ölkələr arasındakı ticari fəaliyyətlərin önündəki maneələr qalxdı və bu vəziyyət ticarətin də qloballaşmasına səbəb oldu. Maliyyə təşkilatlarının bir araya gətirilərək daha təsirli xidmət etməsi məqsədilə yaradılan maliyyə mərkəzləri müasir dövrdə ölkələrin ticari fəaliyyətlərini canlandırma və beynəlxalq sərmayəçiləri öz ölkələrinə cəlb etmək məsələsində kritik rol oynayırlar. Qlobal ticarətin yayılması və sərmayə fəaliyyətlərinnin intensivləşməsi nəticəsində yaranan bu mərkəzlər ölkələrin makroiqtisadi göstəricilərinə müsbət təsir edirlər.

Ölkələrin maliyyə mərkəzlərinə sahib olması başda birbaşa xarici investisiya, texnologiya transferi və vergi gəlirləri olmaqla, ölkələrin iqtisadi böyüməsinə böyük töhvə verir. İqtisadi baxımdan təmin etdikləri bu üstünlüklərlə yanaşı maliyyə bazarlarının mərkəzi olan şəhərlərin genişlənən iş şəbəkəsinə ev sahibliyi etməsi ölkələrin bənzər coğrafi mövqedəki ölkələrdən müsbət mənada fərqlənməsini və təsir sahəsini genişlətməsini təmin edir.

Bu istiqamətdə inkişaf etmiş ölkə iqtisadiyyatlarına əhəmiyyətli dərəcədə töhfə verən London, New York və Frankfurt maliyyə mərkəzlərinin bu tip mərkəzlər içindəki çəkisi böyükdür . Körfəz kapitalını cəlb etmək baxımından İslam Maliyyəsi sahəsində ən inkişaf etmiş mərkəz olan London Maliyyə Mərkəzi isə, 2007-ci ildə ilk sukuk satışını həyata keçirərək Körfəz kapitalı üçün Londonu önə çıxardı. Eyni zamanda, iqtisadi güc tarazlığının Qərbdən Şərqə sürüşməsiylə birlikdə Asiya iqtisadiyyatlarında də əhəmiyyətli maliyyə mərkəzləri yarandı. Hong Kong, Dubay və Sinqapur ən əhəmiyyətli Asiya maliyyə mərkəzləridir. 2000-ci illərdən sonra Çinin dünyanın sənaye istehsalı mərkəzinə çevrilməsi ölkəyə qlobal iqtisadiyyatın maliyyə gücü mövqeyini qazandırdı.

Maliyyə mərkəzi olmağa çalışan İstanbul

Türkiyə kapital fəaliyyətlərindəki inkişaflarla əlaqədar perspektivi və artan ehtiyacları nəzərə alaraq İstanbul Maliyyə Mərkəzi (İFM) layihəsini ortaya qoydu. Türkiyədəki maliyyə xidməti sektoru mərkəzini və beynəlxalq kapitalın ölkəyə gəlməsini təşviq edən bu layihə sayəsində Türkiyə dünyanın əhəmiyyətli maliyyə mərkəzləri olan London, New York, Hong Kong, Frankfurt kimi mərkəzlərin rəqibi olacaq. Layihə ,xüsusilə , İslam maliyyəsi sahəsində böyük üstünlüklərin yaranmasına səbəb olacaq.

Son illərdə maliyyə bazarları arasında mövqeyi möhkəmlənən İslam Maliyyəsi 2015-ci ildən etibarən sahib olduğu 1,2 trilyon dollarlıq bazar payı ilə qlobal maliyyə bazarlarında ön planda gəlir. Ən böyük bazar payının Londonda olduğu İslam Maliyyəsi kapitalının əhalisinin 99%-nin müsəlman olduğu Türkiyəyə cəlb olunması nəzərdə tutulur. İngiltərənin Avropa İttifaqından ayrılma (Brexit) qərarından sonra London Maliyyə mərkəzinin rolunun azalması gözlənildiyinə görə, Körfəz kapitalını cəlb etmə məsələsində İstanbul Maliyyə Mərkəzinin əhəmiyyəti getdikcə artır. Bu nöqteyi-nəzərdən Türkiyənin əhəmiyyətli problemlərindən biri olan qısa müddətli kapital yerinə uzun müddətli kapital fəaliyyətlərinin artırılması İstanbul Maliyyə Mərkəzi sayəsində həyata keçirilə biləcək. Nəticədə İslam İnkişaf Bankının üzv ölkəsi olan Türkiyə İstanbul Maliyyə Mərkəzi layihəsi ilə İslam dünyasındakı fəaliyyətini də genişləndirə biləcək.

Digər tərəfdən, bank sektorunda müşahidə olunan böyümə nisbətlərinin, sığortaçılıq kimi alt sektorların inkişafının və Varlıq Fondunun İstanbulun maliyyə mərkəzi olma hədəfinə müsbət təsir etməsi gözlənilir.

Maliyyə sahəsində illər boyu yaşadığı problemlərin azaldılması, böyük yatırımlara davam etmək, iqtisadiyyatdakı tərəddüdləri azaltmaq və kredit reytinqi təşkilatlarının dərəcə hədələrindən xilas olmaq məsələlərində İstanbul Maliyyə Mərkəzinin rolu böyük olacaq.

İstanbul Maliyyə Mərkəzi layihəsi ilə birlikdə 2009-ci ildən etibarən Qlobal Maliyyə Mərkəzləri İndeksində özünə yer tapan İstanbul iqtisadi göstəriciləri ilə də ən əhəmiyyətli maliyyə mərkəzləri arasında olacaq.



Әlaqәli Xәbәrlәr