Türkiyə və Dünya Gündəminə dair Təhlil (01.2017)

Suriya, İraq və axırda Orta Şərqda öz axırında olmayan hər şey üçün 20 yanvar gözlənilir.

648768
Türkiyə və Dünya Gündəminə dair Təhlil (01.2017)

          Suriya, İraq və axırda Orta Şərqda öz axırında olmayan hər şey üçün 20 yanvar, yəni “seçilmiş ABŞ prezidenti”nin vəzifəsinə başlayacağı gün gözlənilir.

Heç şübhə yoxdur ki, bölgənin bütün tarazlığı üçün həll yolu elementi olaraq ABŞ-ın xeyrinin olub olmayacağı artıq mübahisə olunan mövzudur. Ancaq mart-aprel aylarınadək rəsmi Vaşinqtonun Donlad Trump və heyətinin nə düşündüyü, necə addım atacağı məlum olacaq. Bu tarixə qədər Türkiyə daxil bütün aktyorlar masada öz yerini tutmaq -mümkün olduğu qədər çox kozırı əlində tutmaq üçün sürətli addımlar atacaqlar.

Hal-hazırda  bu nöqtədə dayanılır.

Suriyada Türkiyə, Rusiya və İran arasında qəbul edilən atəşkəs razılaşması barədə “mütabiqət” həmin zamanda bölgəni günahsız insanların öldüyü cəhənnəmə çevirənlərin də bu bölgədən çıxarılması mənasını daşıyır.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya, İran və Türkiyənin Suriya ilə əlaqəli gizli gündəmi yoxdur. Qərb Suriya sazişinə hörmətlə yanaşmaq məcburiyətindədir. Sazişdəki hər maddə ABŞ və Aİ-də bəzilərinin narazılığına səbəb olar bilər. Lakin həyat bələdir. Öyrəşmək lazımdır. Onun bu sözləri “Qərb sazişə hörmət etməlidir” başlıqlı Hürriyət qəzetində dekabrın 23-də yer tutan yazıdandır.

Dünyanın ən böyük hətta yeganə super gücü olaraq xüsusilə Putin tərəfindən təsvir edilmiş ABŞ-ın qarşı-qarşıya gəldiyi vəziyyətə baxın.

Milliyət qəzetində iyun ayının 20-də yer tutmuş yazıda belə deyilib: “Rusiya prezidenti Vladimir Putin Sank-Peterburq şəhərində keçirilən Beynəlxalq İqtisadi Forumu”nda ABŞ böyük gücdür. Hal-hazırda ehtimal ki, dünyanın yeganə super gücüdür. Bunu qəbul edirik. ABŞ ilə çalışmaq istəyirik və buna hazırıq” dedi.”

Obama və heyətinin sadəcə 6 ay əvvəl reallaşan bu təklifi qəbul etməməsi Vaşinqtonda yığıncaq yerlərində uzun müddətdir xeyli sərt reaksiyalara məruz qalır.

Bu təklif ABŞ-ın qarşısına bir daha gəlməyəcək. Lakin ABŞ qarşıdan gələn aylarda bu təklifi yenidən dəğərləndirəcək.

Bəs bu iş necə olacaq?

“The Washington Post”da dekabrın 22-də yayımlanan 'How thə Obama administration pushəd Turkəy into Russia's arms' başlıqlı yazıda bildirilib ki, ABŞ, Rusiya-Türkiyə və İranın Suriyada bir hakimiyyət/nizam qurmasını qəbul edə, mənimsəyə bilər. Ancaq Türkiyənin Qərb ittifaqı ilə əlaqələrinin zəifləməsinə, Türkiyənin itirilməsinə əsla icazə verilməməlidir.

Obama rəhbərliyi özgələrini müstəmləkə edən ABŞ-na mübahisəli  bir xarici siyasət mirası buraxdı, amma maraqlı şəkildə gələcək iqtidarın xarici siyasətdə səhvləri ortadan qaldırmasını və Rusiya-Ankara arasındakı əlaqələrdə gərginlik yaradacaq “Rusiya-Putin əleyhinə” daha dərin bir miras buraxılmağa cəhd göstərilir.

Bunlara nəzər salaraq belə deyə bilərik ki, elə bil “Mənalı zamanları ayarlama institutu” var…

Buyurun nəzər salaq: Rusiyanın Ankaradakı səfirinə Türkiyə-Rusiya-İran arasında zirvə yığıncağının ərəfəsində sui-qəsd oldu. İstanbulda Beşiktaşda həyata keçirilən terror aktı da Dövlət başçısı Ərdoğanın Qazaxıstan səfərindən əvvələ təsadüf etdi. Bu səfər təxirə salındı. Sui-qəsd günü Rus-Türk Qazax liderləri yeni görüş keçirilməsi üçün tarix müəyyənləşdirməyə çalışırdı.

Möhtəməl razılaşmanın maddələrindən biri də PYD/PKK-ya qarşı İran-Rusiya hökumətləri və hətta Deməşq (!) hökumətinin ortaq mübarizə başladacaqları barədəki iddia idi.

Baş nazir Binəli Yıldırım da hücumdan sonra verdiyi açıqlamada demişdir ki, əslində bu sərgi Rusiya-Türkiyə əlaqələrinin keçmişi, bugünü və gələcəyini şərh edən, önəmli bir tədbir idi…

Sərginin adının “Kalininqraddan Kamçataya” olduğunu da xatırlatmaq istəyirik!

Nəticədə rəsmi Rusiyanın açıqlaması da Moskva və Ankaranın sui-qəsdi və arxasında olanları həmin yerdən gördüyünü göstərir…

Super güc olan bir ölkənin səfirinin öldürülməsi hər zaman ciddi məsələdir. Lakin bu səviyyədə bir böhranın da saatlar içində həlli əhəmiyyət kəsb edir. Bunda dövlət başçısı Ərdoğanın qane etmə cəhdlərinin payı böyükdür.

Rusiya məsələni BMT Təhlükəsizlik Şurasına sürətlə təqdim edib, hadisənin pislənməsinə dair qərar qəbul etdirdi.

Rusiya problemi sadəcə regional olaraq görmədi.

Dekabr ayına xronoloji olaraq nəzər salsaq:

16 dekabr: ABŞ Dövlət Departamenti və CİA terror təşkilatı DEAŞ ilə neft al-veri etdiyi iddiası üçün Türkiyədən üzr istədi. Rusiyanın həmin iddia ilə əlaqəli olaraq Türkiyədən üzr istəmədiyi xatırladıldı…

18 dekabr Obama: “Türkiyənin güclü ordusu var, amma onunla Suriyaya vaxtında bir nizam-intizam gətirmədi”…

19 dekabr: Sibirdə 39 sərnişin daşıyan Rus hərbi təyyarəsi düşdü…

19 dekabr: Avropa İttifaqı Rusiyaya tətbiq etdiyi sanksiyaların mandatını rəsmi olaraq uzatdı.

19 dekabr: Rusiya “Türk Axını” layihəsinin Dumada təsdiqlənəcəyini açıqladı.

19 dekabr: Rusiya səfiri Andrey Karlov Ankarada öldürüldü ...

19 dekabr: Moskvada Xarici İşlər Nazirliyinin bir səlahiyyətlisinin evində cesedi tapıldı...

21 dekabr Kremlin: ABŞ ilə Rusiya arasında əlaqə saxlama kanalları bağlandı...

24 dekabr: NATO-nun baş müfəttişi Yves Chandelon Belçikada avtomobilində kəlləsindən vurulmuş halda tapıldı ...

25 dekabr: 93 adam daşıyan Tupolev Tu-154 tipli Rus təyyarəsi Soçidən havaya qalxdıqdan sonra Qara dəniz üzərində düşdü! ..

26 dekabr: Moskvada bomba həyəcanı: 3 qatar stansiyasından minlərlə adam təxliyyə edildi ...

26 dekabr: Rosneftin başçısı İgor Seçinin sağ əli Rosneftin cesediidarəçi Oleg Erovinkin avtomobilində apıldı. Erovinkin 1976-ci ildən Dövlət Təhlükəsizlik Komitəsində xidmət göstərmiş bir Rus kəşfiyyatı generalı idi.

26 dekabr: Moskvada İraq səfirliyi binasında Mədəniyyət Attaşesi Heydər Jabarın ceseditapıldı… 23 dekabr günü kéçirdiyi illik mətbuat konfransında Putin : "Rusiya Türkiyə və İranın daxil olduğu üçlü formatın Suriya mövzusunda təsirli olduğunu sübut etdi. Bu formatı davam etdirmək lazımdır. ABŞ-nı da Rusiya, Türkiyə və İranın cəhdlərində iştirak edə etməyə çağırırıq" dedi ...

24 dekabr günü Dövlət başçısı Ərdoğan da bu sözləri dilə gətirirdi: "20 yanvardan sonra Amerikada yeni prezident hakimiyyətə gəlir. Onlarla da görüşəcəyik. Əl-Babda işin bu hissəsi bitdi amma, indi növbədə Münbiç dayanır. Münbiçdən sonra Amerika ilə əməkdaşlıq  edə bilsək Rakka var.

Səfir Karlov sui-qəsdi ilə əlaqəli Rus rəhbərliyinin iki kritik açıqlaması oldu.

Bunlardan əvvəlincisini Putin verdi. O bildirdi ki, açıq danışmaq lazımdırsa təyyarəmizin Türkiyə rəhbərliyinin əmri olmadan Rusiya-Türkiyə əlaqələrini pozmaq istəyən insanlar tərəfindən düşürüldüyü tezisinə şübhə ilə yanaşırdım. Lakin səfirimizə bir polis tərəfindən edilən sui-qəsdən sonra düşüncəmi dəyişməyə başlayıram…

İkinci açıqlama isə Kremlinin sözçüsü Peskov tərəfindən verildi. O bildirdi ki, rəsmi Moskva ortaq istintaq heyətinin əldə edəcəyi nəticələrin gözlənilməsinin vacibliyini düşünür. Prezident Putinin söylədiyi kimi istintaq tamamlananadək sui-qəsdin arxasındakılarla əlaqəli nəticə ortaya qoyulmamalıdır.

Rusiya sui-qəsdin Türkiyə-Rusiya əlaqələrini pozmaq üçün olduğuna inanır, amma bir tərəfdən də Rusiya-Amerika əlaqələrini, Moskva-Trump əlaqələrini də hədəf götürdüyünü də bildirir.

Moskovanın “istintaq başa çatanadək” sözünün tərcüməsi yeni ABŞ prezidenti ilə fikir mübadiləsi aparılanadəkdir.

Sui-qəsd və arxasında olanlar hal-hazırda Suriyada hakim mövqe tutan Rusiya-Türkiyə və İran üçbucağına ABŞ-nın inteqrasiya olmamasını hədəf götürüb. Bu şərtlərdə iki super güc birdən FETÖ-nü məhv edə bilər.

Yanvarın 20-də prezident postuna oturacaq Trumpın indiyədək Rusiya və digər ölkələrlə yürütdüğü gizli diplomatiya isə iki super güc arasındakı əlaqələrin təzələnə biləcəyinə işarə edir.

Təhlil Nədrət Ərsanəlin qələmindən yazılıb.



Әlaqәli Xәbәrlәr