Mənə İslamı anlat 7/2016

Kitablarda imanın anlamı, hikmətləri, fərd və cəmiyyət həyatı baxımından əhəmiyyəti

435338
Mənə İslamı anlat 7/2016


Kitablarda imanın anlamı, hikmətləri, fərd və cəmiyyət həyatı baxımından əhəmiyyəti

Allah Təala insanı dünya həyatında başı boş və yalnız buraxmayıb, elçisi olaraq peyğəmbərlərini göndərib, peyğəmbərləri vasitəsilə müqəddəs kitablar göndərib və onları hidayətə çağırıb.

İnsan ağıl sahibi bir varlıq olaraq yaradılıb. Çox qabiliyyətlidir. Ancaq Allahın əmr və qaydalarını bilmək, haqqı və doğrunu anlamaq və Allaha necə ibadət ediləcəyini öyrənmək üçün peyğəmbərlərə və ilahi kitablara ehtiyacı vardır. Allah müəyyən dövrlərdə insanların içindən seçdiyi peyğəmbərlər göndərərək bu ehtiyacı ödəyib. Quranda "And olsun ki, biz hər ümmətə “Allaha ibadət edin, həddi aşmaqdan çəkinin" deyə peyğəmbər göndərdik" deyə buyurulub və peyğəmbərlərin göndərilmə səbəbi ortaya qoyulub.

Uca Allah bəşəriyyət arasından ən xeyirlilərini peyğəmbər olaraq seçib, insanların xidmət etməmək kimi bəhanələrini aradan qaldırıb. Bizə müjdə verən və ya qorxudan olaraq göndərilən peyğəmbərlər Allahın insanlara olan lütflərindən biridir. Quranda bu, belə ifadə edilib: "And olsun ki, Allah mömünlərə öz içlərindən ayələri oxuyan, onları arıdıb tərtəmiz edən, onlara kitab və hikməti öyrədən peyğəmbər göndərməklə böyük bir lütf edib. Halbuki onlar daha əvvəllər açıq-aşkar bir pozğunluq içində idilər".

Peyğəmbərlik çalışmaqla əldə edilə biləcək bir mövqe deyil, Allahın lütfüdür. Allah bu vəzifə üçün seçdiyi qulunu hər cür pislikdən qoruyur və onu bu mövqeyə layiq edir.

Uca Allah bütün qullarından peyğəmbərlərinə iman etmələrini istəyib. Bu səbəbdən peyğəmbərlərə iman etmək iman əsaslarından biridir. Peyğəmbərlərə iman edilməsi özü onların Allahdan gətirdiyi ismarıcların da qəbul edilməsini və bu buyruqların icrasını tələb edir. Çünki elçini inkar etmək göndərəni də inkar etmək deməkdir. Peyğəmbərlər arasında ayrı-seçkilik etmək, bir qisminə inanıb, bir qisminə inanmamaq insanı kafirliyə aparır, bu barədə Quran buyurur. Hz. Peyğəmbər də deyir: “Quran peyğəmbərlərin yalnız bir qismini əhatə edib. Ancaq hər ümmətə xəbərdarlıq edən bir peyğəmbər göndərilib. İnsan övladının dünyaya gəlməsindən ta Hz. Məhəmmədin peyğəmbər olmasına qədər göndərilən bütün peyğəmbərlər əslində ortaq dini, yəni İslamı təbliğ ediblər. Kimə, harada və nə zaman göndərilməsindən asılı olmayaraq əsas etibarilə bütün peyğəmbərlərə eyni missiya verilib. Buna görə də hamısı istər-istəməz bir-birini təsdiq edib, heç bir peyğəmbər digərinin dediyini inkar etməyib.

İnsanları Allahın yoluna dəvət edən peyğəmbərlərin əsas vəzifə və səyləri onları cəhənnəm atəşindən qorumaqdır. Bunu Hz. Peyğəmbər (s.a.v) belə bir bənzətmə ilə ifadə edib: "Mənim sizinlə olan vəziyyətim, yandırdığı atəşə böcək və pərvanələr düşməyə başlayınca, onlara mane olmağa çalışan adamın vəziyyətinə bənzəyir. Mən sizi atəşdən qorumaq üçün qurşaqlarınızdan tuturam, siz isə mənim əlimdən buraxılıb atəşə düşməyə çalışırsınız".

Peyğəmbərlər digər adamlarda olmayan üstünlüklərdən yaranan, yüksək əxlaqlı və seçilən insanlardır. Kamil, nümunəvi, təmiz xarakterli və doğru yoldan sapmayacaq quruluşda yaradılan peyğəmbərlər daim yaxşılığa və gözəlliyə doğru çağırırlar. Düzgünlük, etibarlılıq, ağıllılıq, günah işlətməmək və Allahdan aldıqları əmrləri ümmətlərinə olduğu kimi çatdırmaq peyğəmbərlərin ortaq xüsusiyyətləridir.

İslama görə də peyğəmbərlər Allahın kəlamlarını insanlara ötürməklə şərəfləndirilən elçi və qullardır. Onlarla Allahlıq etmək əhf edilməz. Onlar Allahın verdiklərindən başqa şey bilməzlər.

Möcüzələr Allahın izni və hədiyyəsidir. Allah elçilərinə peyğəmbərliklərinin isbatı olan bəzi möcüzələr bəxş edib. Atəşin Hz. İbrahimi yandırmaması, Hz. Musanın əsasını dənizə vurunca dənizin yarılaraq onlara yol verməsi kimi möcüzələr insanların gözləri qarşısında olub. Bu xariqüladə hallara baxmayaraq, peyğəmbərlərə də inanmamaqda israr edənlər, lağ edənlər, zülm edənlər olub.

Peyğəmbərlər mədəniyyətin mənəvi ünsürlərinin əsasını təşkil edən dini təbliğ etdikləri kimi mədəniyyətin maddi ünsürlərini də həyata gətirib, bəzi sənət və texniki yolları göstəriblər. Məsələn Hz. İdris dərziliyi, Hz. Nuh gəmi istehsalını, Hz. Davud dəmirin işlənməsi və zireh istehsalı, Hz. Loğman təbibliyi bəşəriyyətə öyrədib.

Peyğəmbərlərin insanlar arasından seçilməsi dinin başa düşülməsi və yaşanmasını asanlaşdırıb. Çünki peyğəmbərlər dinin əmrlərini şəxsən əməl olaraq göstəriblər.

Düzgünlük, etibarlılıq, yüksək əxlaq anlayışı peyğəmbərlər tərəfindən ən yaxşı şəkildə təmsil edilərək həyata keçib. Onlar insanlardan qarşılıq gözləməyərək Allah razılığının ən böyük ödəniş olduğunu ortaya qoyublar. Hz. Yaqub ümidi, Hz. Yusif qabiliyyəti, Hz. Musa huququ, Hz. Əyyub da səbriylə xalqlarına və bütün insanlığa unudulmaz dərslər veriblər.



Әlaqәli Xәbәrlәr