Mənə İslamı anlat 6/2016

Kitablarda imanın anlamı, hikməti, fərd və cəmiyyətin həyatı baxımından əhəmiyyəti

435327
Mənə İslamı anlat 6/2016


Kitablarda imanın anlamı, hikməti, fərd və cəmiyyətin həyatı baxımından əhəmiyyəti

Allahın peyğəmbərlərlə ünsiyyəti mələkləri vasitəsilə, vəhy göndərmək yolu ilə olub. Allahın buyruqları göndərdiyi Kitabları vasitəsilə bəşər övladına çatıb. Allah kəlamı olan Kitablarla peyğəmbərlər insanlığa doğru yolu göstərib, haqqlarını və vəzifələrini, haqq ilə batili bir-birindən ayırmağı öyrədiblər.

İlahi kitablar Allahın müqəddəs qanunlarıdır və buna görə Yaradanın bəşəriyyətə ən gözəl hədiyyəsidir.

Bu ilahi kitabların hamısında iman etmək başda gəlir. Çünki Allahın Kitabına iman Allah kəlamının doğruluğuna və gerçəkliyinə iman etmək deməkdir.

Allah insanlar arasından seçdiyi peyğəmbərlərin bir qisminə Kitab göndərdiyindən onları mənimsəyib lazımınca əməl edənlərin dünya və axirət xoşbəxtliyinə çatacaqları tam inama bağlıdır.

İman müqəddəs Kitaba inanmaq, həyatını onun kölgəsində yaşamaq, hökmlərini əskiksiz yerinə yetirməyə çalışmaq deməkdir. Böyük Allah: "Kim Allahı, Onun mələklərini, kitablarını, elçilərini və axirət gününü inkar etsə, demək, o, yolunu azmışdır" deyərək müqəddəs Kitablara inanmamağı kafirlik və yolunu azma hesab edib.

İlahi kitab Allahın kəlam üzünün bir əsəridir, Alahın peyğəmbərlərinə vəhy yoluyla çatdırdığı sözün əsil şəklidir.

Peyğəmbərlərə nazil olan Kitablara ilahi kitab deyilməsinin səbəbi bunların Allah tərəfindən göndərilməsi, söz və məzmun olaraq onlarda insanın rolunun olmamasıdır.

Bütün ilahi kitablar Allah kəlamıdır. Amma onu da nəzərə almaq lazımdır ki, Qurani-Kərimdən başqa, bütün müqəddəs kitablar insanlar tərəfindən dəyişdirilib. Quran isə eynilə Allahdan gəldiyi kimi qorunub və qiyamətə qədər qorunacaq.

Müqəddəs Kitablar Allahın sözlərinin hərf və sətirlərə tökülmüş formasıdır. Buna görə Allahın Kitabları sözlərin ən üstünüdür. Hz. Peyğəmbər: "Allahın sözlərinin digər sözlərdən üstünlüyü, Allahın yaratdıqlarından üstünlüyü kimidir" deyə buyurub.

Başqa bir hədisdə deyilir: "Allah qatında öz sözündən uca heç bir söz yoxdur. Qullar da Allaha onun özündən gözəl sözlə cavab verə bilmir".

Uca Allah göndərdiyi Kitablarda insanın Rəbbini doğru şəkildə tanıyıb Ona ibadətini təmin edəcək göstərişlərə yer verilib. Din, ibadət, əxlaqi öhdəliklər, keçmiş ümmətlərin yaşadığı təcrübələr, dünya həyatı üçün əhəmiyyətli düsturlar və axirətin mahiyyəti kimi mövzular ilahi kitabların məzmununu təşkil edir. Allah ilahi kitablarda ifadə etdiyi əsaslarla dünya və axirətdə xoşbəxtliyə çata bilmək üçün insanlara yol göstərir.

Quran və hədislərə görə, Tövrat Hz. Musaya, Zəbur Hz. Davuda, İncil Hz. İsaya, Quran isə Hz. Məhəmmədə nazil olub. Hz. Adəmə 10, Hz. Şeysə 50, Hz. İdrisə 30 və Hz. İbrahimə isə 10 səhifə göndərilib.

Hz. Məhəmməd və Qurandan xəbəri olan bütün insanların Allahın göndərdiyi son peyğəmbər və son Kitaba iman etməsi zəruridir.

Quran qiyamətə qədər bütün insanlara xitab etməkdədir. Bəşəriyyətin ixtiyarı son ilahi Kitab olan Quranın hidayət və rəhbərliyindədir. Bu barədə Peyğəmbər əfəndimiz deyib: "Sizə elə bir şey bağışlayıram ki, Ona sarıldıqdan sonra əsla azmazsınız. O, Allahın Kitabıdır. Ümmətimə ən böyük irs Qurandır."

İlahi kitabların göndərilməsi hikmətlərilə bağlı xülasəylə bunları söyləyə bilərik. İlahi kitablar insanların bir bələdçisidir. Allaha xidmət, təbiətlə ünsiyyət və insanlarla bir yerdə yaşamağın qayda və əsasları onun ayə və surələrində əks olunub. Allahın hökmləri bu Kitablar sayəsində öyrənilir. Bu Kitablar olmasaydı, insanlar həyatlarını nizama salacaq qaydalardan məhrum olar, yaranma hikməti, məsuliyyəti, vəzifəsi və axirətə dair məlumatlardan xəbərsiz qalardılar.

Kitablarda yer alan kəlam və göstərişlər insanın özünün dərk edə bilməyəcəyi bir hikmətdir. Yəni insan özü haqqında yaxşı və pis olan işləri, onu gözləyən aqibəti və nəfsiylə necə davranacağını tam olaraq bilə bilməz. Əgər bu qaydalar göndərilməsəydi, bəşər övladı keçmiş və gələcəyini bilməyəcək, imtahandan ibarət dünya həyatında uğursuzluqlarla qarşı-qarşıya qalacaqdı.

İlahi kitablar insanlar içindən seçilən peyğəmbərlər vasitəsilə göndərilib və ilahi buyruqlar ilk dəfə onlar tərəfindən həyata keçirilib. Bu da, Kitablardakı hökmlərin olduğunu ortaya qoyur.

Kitablar peyğəmbərlərdən sonra da müraciət qaynağıdır. Onların vasitəsiylə insanlar Allahın dinindən xəbərdar olur. Fərd və cəmiyyətlərin mənəvi həyatı müqəddəs kitablarla güclənir.



Әlaqәli Xәbәrlәr