Türk Tarixinin Parlayan Ulduzları

Muhyiddin İbn əl-Ərəbi tarixi hesaplamalara görə 7 avqust 1165-ci ildə, şənbə günü Qədir Gecəsində İspaniyanın Əndəlüs bölgəsinin Mursiya qəsəbəsində dünyaya gəlmişdir.

424649
Türk Tarixinin Parlayan Ulduzları
İbn Ərəbinin atası Əli ibn Məhəmməd takva sahibi, zikr və hədis elmi ilə məşğul olan, dövrünün yüksək səviyyəli rəsmi vəzifələrini tutmuş, ibn Rüşdünün dostu olmuş bir şəxsdir. İbn Arabi uşaqlıq illərində Əndəlüsün ən əhəmiiyyətli elm adamlarından olan ibn Rüşdü ilə tanış olmuşdur. İbn Ərəbi mənəvi cəhətdən dərin bir mühitdə yetişmiş və seçilmiş alimllərdən tərbiyə almış bir sufidir.
Ibn əl-Ərəbi zamanının maddi və mənəvi cəhətdən seçilən bir ailəsinin tək oğlan övladıdır. 8 yaşında elmi təhsil almaq üçün İşbiliyəyə, indiki Sevilyaya getmişdir. Burada İbn Beşküval və Əbu Məhəmməd kimi alimlərdən dərs almışdır.
Muhyiddin İbn əl-Ərəbi 1185-ci ildə daha əvvəldən yaxından maraqlandığı təsəvvüf yoluna qədəm qoymuşdur. İyirmi yaşına gələnə qədər mütəsəvvüflərlə dostluq edən və onların söhbəti-məclislərinə gedərək təsəvvüf həyatı ilə yaxından tanış olan ibn Ərəbinin, bundan sonra sufiyanə bir həyat yaşamaq istiqamətində seçim etdiyi görünür. O, bu mövzuda: “Bu il Allahın əl-Bedii (yaradıcı) adı sayəsində kəşf yolu ilə əqli əvvəl məqamına yetişdim” deyir. Ömrü boyu 300-dən çox alim və şeyxlə görüşərək, onlardan faydalanan İbni Ərəbinin təsəvvüf yoluna qədəm qoymasında Əbül-Abbas əl-Üreyni vəsilə olmuşdu. Əl-Üreyni Qərbi Əndəlüsdəki Ülya qəsəbəsində yaşayırdı. Allahın qulu mövzusunda dərin biliklərə malik olmaqla yanaşı qəsəbə xalqının qəbul etmədiyi bəzi düşüncələri üzündən oradan qovulunca İşbiliyəyə, indiki Seviyaya gəlmişdi. Burada gənc İbni Ərəbi Əl-Üreyninin fikirlərində dərin şəkildə təsirlənmişdi və İbn Ərəbi onun məclisində tövbə edərək felən təsəvvüf yoluna qədəm qoymuşdu. İbn Ərəbi gənclik illərində müxtəlif hökmdarların xidmətində katib olaraq işləmişdir. O, Sevilyada Sebte şəhərinə gedərək orada sayəsində əxlaq məqamına yüksəldiyini söylədiyi İbn Cübeyr ilə tanış olmuşdur.
İbn əl-Ərəbi 1196-cı ildə Mərakeşə etdiyi səyahət zamanı böyük şöhrət qazanmışdır. 1198-ci ildə yenidən Əndəlüsə gedərək Qranada şəhərinin Bağa qəsəbəsində Seqqaz adlı şeyxi ziyarət etmişdir. İbn Ərəbi daha sonra şərqə olan səyahətlərini davam etdirmiş, Tunis və Misirə gəlmiş, oradan 1199-1200-ci illərdə ilk dəfə Məkkəyə həccə getmiş, 1202-ci ildə Mədinədə, 1204-cü ildə Mosul və Bağdadda olmuşdur. Mosulada “ət- Tənəzzülatül- Mavsiliyyə” yəni, “Mosulda Ağla gələn yazılar” əsərini yazmış və 1205-ci ildə orada Anadoluya keçmişdir. Urfa, Diyarbəkir, Sivasdan Malatyaya getmiş, sonra Konyada yerləşmiş və Sədrəddin Konevinin yetişməsində böyük rol oynamışdır. Şeyx Məcdəddin İsxaq da bu səfərdə onunla birlikdə idi. İbnül-Ərəbi Məcdəddin İsxaqın vəfatından əvvəl etdiyi vəsiyyətə əməl edərək İbn Ərəbi onun dul qalan arvadı ilə evlənmişdir.
İbn Ərəbinin Səlcuq Sultanı 1-ci Qiyasəddin Keyhüsrəv və 1-ci İzzəddin Keykavusla yaxın dostluq əlaqələri olmuşdur. Konyada ikən “Risalətül-Ənvar”, yəni “Nurlar Məktubu” əsərini yazmışdır. Sonra Misirə keçmiş və təkrar Məkkəyə gedərək orada bir müddət qaldıqdan sonra Dəməşqə getmişdir. Dəməşqdə “Fütuhati-Məkkiyyə”dən sonra ən böyük əsəri olaraq qəbul edilən “Füsusül-Hikəm”i qələmə almışdır. İbn Ərəbi 16 noyabr 1240-cı ildə Dəməşqdə vəfat etmiş və Dəməşqin Salihiyə bölgəsində dəfn edilmişdir. 1516-cı ildə 1-ci Səlim Dəməşqi Osmanlı torpaqlarına qatdığı zaman onun qəbri üzərində türbə, məscid və imarət inşa etdirmişdir.
Fususül-Hikəm və 37 ciltlik əl-Fütuhatül-Məkkiyyə kimi əsərləri onun böyük alim olduğunun dəlilləridir. Alimin beş yüzə çatan əsərlərinin çoxu təsəvvüf barəsindədir. Bu əsərlərdən bəziləri qərb dillərinə tərcümə edilmişdir.
Muhyiddin İbn əl-Ərəbi Şeyxi-Əkbər, Sultanül-arifin, Hatemül-Övliyya, Qütbü- Hümam, İbn Ərəbiyyə təxəllüsləri ilə də tanınır. Alim Ədəlüsdə İbn Seraka adı ilə məşhur olmuşdur.
Muhyiddin İbn əl-Ərəbi təsəvvüf düşüncəsində yaradanla yaradılanın bir mənbədən gəldiyi və “bir” olduğu tezisini irəli sürən Varlığın Birliyi, yəni Vəhdəti-Vücud təliminin əsas nümayənsəsidir.
Əl-Ərəbi ondan sonra Vəhdəti-Vücud görüşünü mənimsəyən sufilər üçün Əkbəri olmuşdur. Əkbərilik Muhyiddin İbn Ərəbinin təxəllüslərindən bri olan Şeyxi Əkbərdən irəli gəlir. Sufilərə görə, özü-özündən var olan varlıq bir dənədir, o da Haqqı Təalanın varlığıdır. Bu varlıq əzəlidir, çoxalmaz, bölünməz, dəyişməz və yenilənməz.
Ancaq Haqq zatı etibarı ilə deyil, sifət və feilləri etibarilə bütün surət və şəxslərdə, mütləq olmaqdan çıxmadam və əsla dəyişikliyə uğramadan təzahür və təcəlli edər. Fərqliliklər və dəyişmələrlə zəngin olan bütün kainat, içindəki canlı və cansızlarla ancaq Onun varlığı ilə mövcuddur. “Dadmayan bilməz” məntiqi ilə “bilənlər dadanlardır”.
10 noyabr 1240-cı ildə vəfat edən Muhyiddin İbn-əl Ərəbinin qəbri Yavuz Sultan Səlim tərəfindən tapılaraq inşa edilmişdir. Onun türbəsinin inşasına dair Mənaqibnaməsində yazılan bir qeyd çox maraqlıdır. Mənaqibnaməyə görə, İbn Ərəbi qəbrinin Osmanlı Sultanı Yavuz Səlim tərəfindən tapılmasına kabləl-vuku, yəni olmadan öncə işarə edərək “İza dahaless-Sinu fis-Sini/ Zahare kabrü Muhyiddin” yəni “Səlim Dəməşqə girdiyində Muhyiddinin qəbri tapılacaq” demişdir.


Әlaqәli Xәbәrlәr