Türk Tarixinin Parlayan Ulduzları

Molla Nəsrəddin Anadolunun mərkəzi bölgəsində ortaya çıxmış müsəlman Türk xalq müdrüküdür.

424498
Türk Tarixinin Parlayan Ulduzları

“Nasreddin Hoca, Molla Nesrettin, Molla Nasreddin, Nasreddin Efendi, Nesirdin Ependi, Nasirdin Koco, Nasridin, Hoca Nusrettin, Nasreddin Oca, Nusreddin Hoca, Nastradin, Nasradın, Nasır Hoca, Nasirüddin Hojga, Nasaret, Nasradın Hoca, Nasrudın Hodza, Koca Nasr, Nasreddin Huca, Apendi, Hojanasriddin, Nasriddin Afandi, Cuha,… sairə adları ilə Türk və İslam dünyasında anılır.

Molla Nəsrəddin şəxsiyyəti və doğulub böyüdüyü yer dəqiq olaraq bilinən bir simadır. Onun həyatı boyu baş verən hadisələr “Molla Nəsrəddinin lətifələri" adı ilə dildən-dilə gəzmiş, ona şöhrət qazandırmışdır. Əslində, Molla Nəsrəddin oxumuş bir müdrükü təmsil edir. O, xalqdan olan bir nəsihətçidir. Lətifələri Türk dili ilə yanaşı, ərəb, fars,fransız, ingilis, çin, latın, yapon, rus, serb, yunan, italyan, ispan, urdu, soğd və polyak dillərinə tərcümə olunmuş Molla Nəsrəddinin bu dillərdəki adları yerinə görə dəyişmişdir. Ərəblər ona “Cuha" adını qoymuşlar. “Cuha" “hoca" kəlməsinin hərflərinn yerinin dəyişməsi və qısaldılması nəticəsində yaranmışdır.

Molla Nəsrəddinin şəxsiyyəti barədə tarixi dəlillərə baxdəqda onun təxəyyül məxsulu deyil, həyatda lolmuş bir şəxsiyyət olduğu görünür. Molla Nəsrəddin Anadolunun əksəriyyətinin islamlaşdığı on üçüncü əsrdə yaşamışdır. Tarixi məlumatlar və dəlillər də bunu təsdiq edir. Amma doğum ili və həyatlnln başqa detallları haqqında dəqiq məlumatlat roxdur. İndiyə qədər ələ keçən tarixi sənədlərdən Molla Nəsrəddinin Eskişehir ərazisində olan Sivrihisarda doğulduğu məlum olur.

Təxminən 1208-ci ildə Sivrihisarın Hortu kəndində dünyaya gələn Molla Nəsrəddinin atası Molla Abdullah kəndin mollası idi. Nəsrəddin ilk təhsilini atasından almışdı. Atasının vəfatından sonra kənd məscidində mollalıq edən Nəsrəddin yerinə xələf olaraq Mehmed adında birini qoymuş və böyük ehtimalla, Monqol istilasının Anadoluya gəlib çıxmadığı bir zamnda Sivrihisardan Akşehirə elmi-təhsil almaq üçün gəlmişdır. Amma onun əsl elmi-tədris aldığı yerlərdən biri Konyadır. Molla Nəsrəddin burada onun üçün əhəmiyyətli elmi və mülkü dərəcə olan qazı vəzifəsini yerinə yetirmişdir.

1237-ci ildə Akşehirə gələn Molla Nəsrəddinin bölgədə məşhur olan Sufi müdriklərdə dərs almışdır. Onun sufi müəllimlər arasında Seyyid Mahmud Heyrani və Seyyid Xacə İbrahim Sultan da vardır.

Molla Nəsrəddinin zamanında Türkiyə Səlcuqlarının hömdarları1-ci Ələddin Keykubad, 2-ci Qiyasəddin Keyhüsrəv, 2-ci Ələddin Keykubad, 3-cü Qələnc Arslan, 2-ci İzzəddin Keykavus, 4-cü Rüknəddin Kılıcarslan, 3-cü Qiyasəddin Keyhüsrəv və 2-ci Qiyasəddin Məsud olmuşdular. Bunlardan 1243-cü ildən sonra taxtda oturanlar, yəni, 2-ci Qiyasəddindən etibarən sultan olanlar Monqol İlhanlı Dövlətinə tabe olan vassal hökmdar idilər.

Monqol istilasının Anadolu xalqının əzdiyi və iqtisadi baxəmdan sıxışdırdığı illərdə Anadolu əxilik və yarənlikdə qızıl çağını yaşamışdır. Belə çətin şərtlər altında həyat sürən Anadolunun yardımlaşma və kədərli ruhunu Mövlanə, Yunus Əmrə, Sarı Saltıq, Hacı Bektaşi, Şeyx Edebalı, Ahi Ervan, Seyyad Həmzə və Molla Nəsrəddin canlı tuturdular.

Günümüzdə Eskişehir ərazisində olan bölgəyə getmiş, və ya ğmrünün bir hissəsini orada keçirmiş müdrük insanlar içində Molla Nəsrəddinn fərqlibir mənəvi vəzifəni yerinə yetirdiyi görünür. Molla Nəsrəddinin kəndi olaraq bilinən Hortu kəndinin 1530-cu il tarixli Osmanlı Mühasibə kitabındakı arxiv qeydinə görə 200 nəfərə yaxın əhalisi olduğu anlaşılır.

148-ci ildə yazəlan Saltıqnamədə Molla Nəsrəddinin Akşehirdə yaşadığına və Sivrihisara səfər ettiyinə dair ifadələr vardır. Sarı Saltığın Molla Nəsrəddinin evinə qonaq gəlməsi və onunla söhbət etməsi maraq doğurur. Molla Nəsrəddin Sarı Saltıq ilə birlikdə sufiliyə qədəm qoymuş “eşq" yolunun yolcusu olan böyük bir müdrükdür. Molla Nəsrəddin və SarıvSaltıq bu yolda dostdurlar. Molla Nəsrəddin qonaq müəllim olaraq Sarı Saltık kimi diyar-diyar gəzmişdir.

Onun dünya mədəniyyətinə töhvə olan yumorlu həyatı günümüzdə Türklərə aidyerli xarakter olması ilə bərabər, bəşəri səviyyədə dəyər olduğunu göstərir. Türk ədəbiyyatında və xalq mədəniyyətində “ Molla Nəsrəddinin lətifələri" adlana lətifə üslubunun meydana gəlməsi onun tarxdəki şəxsiyyəti ilə yanaşı, insanlıq üçün böyük bir dəyər olduğunu göstərir.

Molla Nəsrəddin xarakteri Çindən Almaniyaya, Sibirdən Afrikaya, Yakutiyadan Ərəbistana, Hindistandan Əndəlüsə qədər qitələrarası xalq ənənələrində ortaq bir anlayışdır. Molla Nəsrəddin Türk mədəniyyətindən İslam mədəniyyərinə, ordan da insanlığa birləşdirici bir simaya, bir sözlə, dünyada klassik tarix və mədəniyyət simvolu olmuşdur.



Әlaqәli Xәbәrlәr