Türkiyədə Təhsil 73 / 2015

Cəlal Bayar Universiteti

298336
Türkiyədə Təhsil  73 / 2015

“Gözlər həqiqəti görə bilməz ki. Gərək ürəklə baxasan.” Bu sözlərin müəllifi Antoine de Saint-Exupery-dir, məşhur “Kiçik şahzadə” əsərinin müəllifi. Əziz dinləyicilər, siz də bizim kimi ürəkdən görmənin, ürəkdən axtarışın tərəfindəsinizsə, doğru yerdəsiniz, yəni “Türkiyədə təhsil” proqramındasınız.

Keçən həftə Manisadakı Cəlal Bayar Universiteti haqqında danışdıq. Bu gün rektor professor Kamal Çələbi ilə olan söhbətimizi davam etdiririk. Rektor bu dəfə xarici gəncləri Manisaya dəvət edir.
"Manisa tanınan 4000 illik keçmişilə Türkiyənin ən mühüm şəhərlərindən biridir. Maqnet, Lidyalılar, Roma, Bizans və Osmanlı dövlətlərinin əsas şəhərlərindən biri olub. Həm də mifologiya qəhrəmanlarından olan Bərəkət-Tanrı kraliçası Kybele ilə Niobenin şəhəri sayılır.
Dünyada xristianlar üçün mühüm hesab edilən 12 kilsədən biri Mersin, biri Salehli və biri Alaşehirdə olmaqla 3-ü Manisa torpaqlarındadır. Bölgəyə adını verən Aigai, yəni Ege qalası da buradadır.
Ulu Cami ilə Osmanlı dövrü yadigarları olan digər Hatuniye, Sultan və Muradıyə məscidləri, mədrəsə, xəstəxana, muzey, karvansara və örtülü bazar da tarixi Manisadadır.
Dünyanın ən böyük dövlətlərindən olan Osmanlı dövlətinin Fatih Sultan Mehmet və Qanuni Sultan Süleyman kimi məşhur hökmdarları Manisadan çıxıblar.
Manisa yumşaq iqlimi, təbii gözəllikləri və İzmir kimi bir sahil şəhərinə 30 km. yaxınlıqda olmasıyla daha cazibədar bir şəhərdir.

Manisanın Cəlal Bayar Universiteti isə səhiyyə, mühəndislik, iqtisadiyyat, ilahiyyat, idman və müəllimlik fakültələrilə gənclərin gələcəyinin təminatıdır. Universitet 23 illik təcrübəsi, mükəmməl müəllim heyəti, idman, sənət və mədəni fəaliyyətləri, ictimai məkanları, staj imkanları ilə yeniliyə açıq təşəbbüskar bir qurumdur.
Cəlal Bayar Universitetində Azərbaycan, Suriya, Əfqanıstan, Almaniya, Bolqarıstan, Çin, Fələstin, Rusiya və Zambia başda olmaqla 52 ölkədən 524 xarici tələbə var. Universitet onlara istəklərinə uyğun fərqli imkanlar təqdim edir.
Xarici tələbələrin uyğunlaşma prosesinin sürətli getməsi üçün adaptə proqramları təşkil edilir, Manisa və Cəlal Bayar Universiteti tanıdılır, ictimai həyatda qarşılaşa biləcək problemlərə hazırlıqlı olmaları təmin edilir, yeni qeydiyyatdan keçən tələbələrə şəhəri və ətrafı tanıtmaq məqsədilə müxtəlif gəzintilər təşkil olunur və s. Eyni zamanda, tələbələrin bir-biriylə qaynayıb-qarışması və öz mədəniyyətlərini göstərə bilmələri üçün universitetimizdə festivallar da keçirlir. Müxtəlif ölkələrdən gələn tələbələr öz ölkələrinin əlamətdar günlərində, müstəqillik bayramlarında proqramlar hazırlayır və kurs yoldaşlarına da təqdim edirlər.
Heç bir yer sizə evinizdəki ailə istiliyini, rahatlığını verə bilməz. Amma Cəlal Bayar Universitetinin rektoru deyir ki, universitet gənclərə xüsusi təhsillə yanaşı, özünü evindəki kimi azad hiss edəcək bir mühit vəd edir.
Rəngli mədəni və ictimai həyat, 24 saat məlumat almaq asanlığı, 16 Avropa ölkəsinin 47 universitetilə Erasmus Mübadilə Proqramı, 5 qitə, 15 ölkə və 19 universitetlə Mövlana Mübadilə Proqramı və Bolonya meyarlarına uyğun xüsusi təhsil, 13 fakültədə iki dilli sistem tələbələrə çox imkanlar verir.
Cəlal Bayar Universitetinin rektoru professor Kamal Çələbinin Manisanın bu gözəl universiteti haqqında söylədiklərini dinlədiniz. Bizi Facebook-dakı TRT Horizon səhifəmizdən də izləyin və ürək sözlərinizi, suallarınızı yazın. Gələn həftə yenə eyni saatda TRT “Türkiyənin səsi” radiosunda “Türkiyədə təhsil” proqramında görüşənədək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr