Türkiyənin iqtisadi mövqeyi 19 / 2015

Türkiyədə inşaat sektoru

273309
Türkiyənin iqtisadi mövqeyi 19 / 2015

Bu gün də maraqlı mövzuya toxunmuşuq, Türkiyədə inşaat sektorundan danışacağıq.

İnşaat sahəsi 200-ə qədər sektoru özündə birləşdirən, iqtisadiyyatın mühüm və qabaqcıl qollarından biridir və bir neçə ildir ki, xüsusən, Türkiyədə böyük sürətlə inkişafdadır. Mülk istehsalında sürətli böyümə, Üçüncü Hava limanı, Üçüncü Körpü, Marmaray və Körfəz layihələri beynəlxalq arenaya belə səs salıb.

Yaratdığı əlavə dəyər və məşğulluq imkanlarıyla ölkə iqtisadiyyatları üçün bir gəlir mənbəyi vəzifəsini boynuna götürən tikinti sektoru, doğrudan da, xüsusi əhəmiyyətə malikdir. Çünki tikinti dediyimizdə buna yalnız inşaat deyil, təmir və yardımçı işlər də daxildir.

Böyük ölçüdə milli sərmayəyə dayanan Türkiyə İnşaat Sektoru yüzlərlə peşə sahibini bir araya gətirməklə məşğulluq və istehsal prosesinə də böyük müsbət təsir göstərir. Milli və beynəlxalq sahələrdə böyük bir təcrübəyə və potensiala malik olan inşaat sektoru özünə bağlı 200-dən çox sektoru da hərəkətə gətirərək bir növ lokomotiv rolunu oynayır.

İnşaat sektorunun bütün istehsalı ilə investisiya malı sayılır. (Və ÜDM (GSMH) içindəki payı təxminən 30 % səviyyəsindədir.)

Türkiyə Statistika İdarəsinin verdiyi məlumata görə, Türkiyənin ən dinamik sektorlarından biri olan inşaat sahəsində 2012-ci ildə 0,6, 2013-ci ildə 7,1, 2014-ci ildə isə 5,1 % böyümə qeydə alınıb, mülk satışlarında İstanbul (26.698 mənzil stışıyla) 19,8 faizlə ən yüksək paya sahib olub. İstanbuldan sonra Ankara, daha sonra İzmir şəhərləri gəlir.

Xaricilərə mənzil satışlarında keçən il, yəni 2014-ci ildə 1-ci yerdə (6,542 mənzil satışıyla) Antalya, 2-ci yerdə (5,580 mənzillə) İstanbul, 3 və 4-cü yerlərdə (1,191 mənzillə) Aydın və (1,051 mənzillə) Muğla şəhərləri gəlir.

2015-ci ildə yaxşı bir başlanğıc edən Türkiyə inşaat sektoru ilin ilk aylarından etibarən ona bağlı sektorlarda sürətli istehsal artımlarıyla qabağa gedib. Bütün bunlar inşaat sektoruna inamı artırıb. (TÜİK-in Sektor Güvən İndeksləri məlumatına görə, mövsüm təsirlərindən təmizlənmiş inşaat sektorunun güvən indeksi 2015-ci ilin aprel ayında 81,16 faiz olub.) Amma ABŞ-ın inşaat və mənzil sektorlarında yığılma yaşanıb, Avropa İttifaqı ölkələrində isə üç ildən sonra ilk dəfə olaraq 2014-cü ildə irəliləyiş olub.

(Türkiyə İnşaat Materialları Sənayeçiləri Dərnəyinin sədri Dündar Yetişener tikinti materiallarının ixrac rəqəminin 2015-ci il üçün 24 milyard dollar olduğunu bildirib.)

Söylədiyimiz kimi, inşaat sektoru Türkiyə iqtisadiyyatında əhəmiyyətli mövqeyə malikdir. Daşınmaz əmlak satışlarından ildə təxminən 3,5 milyard dollarlıq valyuta girişi təmin olunur. Türkiyədə iqtisadiyyatın böyüməsi, şəhərsalma işlərinin sürətlənməsi, insanların müxtəlif inşaat sahələrində çalışması paralel olaraq hər il 800 minlə 1 milyon arasında insanları mənzillə təmin edir.

Bütün bunlarla birlikdə 2012-ci ildə çıxan Şəhərləşmə-Dəyişmə Layihəsinə əsasən Türkiyədə ümumilikdə 6,7 milyon binanın quruluşu, görüntüsü yenilənib.

Qısası, 2015-ci ildə Türkiyə iqtisadiyyatı, qonşu ölkələrdə siyasi natarazlıqların olmasına baxmayaraq, inkişafından qalmayıb. Hava limanı layihələri artırılıb, neft qiymətlərindəki enişə paralel olaraq enerji xərclərinin düşməsi iqtisadi böyüməyə təkan verib, cari hesab, inflyasiya və faizlərin isə daha aşağı olması gözlənilir.

Daşınmaz əmlak sektorunda mənzil kreditində faiz dərəcələri azalıb, mərkəz və bölgələrin daxili bazarlarında yerli vətəndaşlar üstünlük təşkil edib, əcnəbilərə satış 5 milyard dollara çatıb, enerji məhsuldarlığı çoxalıb, binalara paralel yaşıllıq sahələri artıb və nəticədə şəhərə çevrilmə layihələri sürətlə həyata keçirilir. Daşınmaz əmlak və tikinti sektorunda gələcək 15 ildə dünyaya gələcək insanların da 15 milyonluq mənzil ehtiyacı düşünülüb və bununçün 3 trilyon dollarlıq iqtisadi həcm yaradılması planlaşdırılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr