Türkiyədə Təhsil 54 / 2015

Türkiyə burslarından faydalanmaq istəyən xarici tələbələr www.turkiyeburslari.gov.tr ünvanına müraciət edə bilirlər

193757
Türkiyədə Təhsil  54 / 2015

4 mövsümün hər birini öz gözəlliyi ilə yaşayan Türkiyənin bir çox şəhəri, dümağ qarla görüşdü! Havalar nə qədər soyuq olursa olsun bizlər hər zaman olduğu kimi yenə sizlərləyik.
2014-ci il ərzində Türkiyədə Təhsil verilişi olaraq, xaricdə və Türkiyədə təhsil almaq üçün yarana biləcək bir çox suala cavab tapmağa çalışdıq.
Bir çox şəhər və gənc tələbələrin ehtiyacları haqqında danışdıq. Türkiyənin öndə olan Universitetlərinin rektorları ilə müsahibələr alıb, sonra sizə “Sizcə xaricilər, bu şəhərə və bu universitetə niyə gəlməlidir?” deyə soruşduq.
Yalnız formal təhsilin deyil, məşhur təhsilin faydalarına da toxunduq. Gəncləri bir fərd olaraq həyata hazırlayan könüllü işlərdən də bəhs etdik. Dünyada əhəmiyyətli işlərə imza atan çox qiymətli adların, gənclərin işsizlik problemi həllinə istiqamətli təkliflərini sizlərə çatdırdıq.
Bu il də bütün bu sahələrdə mütəxəssislərin, pedaqoqların və təcrübəli gənclərin fikirlərini sizlərlə paylaşmağa davam edəcəyik.
Bu həftə, beynəlxalq əlaqələrin nədən bu qədər əhəmiyyətli olduğunu, bizlərə nələr qazandırdığını və bizi həyata necə hazırladığına nəzər salaq.
İşəgötürənlər çətinliklərlə qarşılaşıb bu çətinliklərdən dərs çıxarmış şəxsləri işə alırlar, çünki bu yalnız müvəffəqiyyətli bir liderdə olması lazım olan ən əhəmiyyətli xüsusiyyətlərdən biri deyil, eyni zamanda yaxşı bir sıravi işçinin də ehtiyacı olan bir xüsusiyyət olduğunu bilirlər.
Xaricdə yaşadığınız müddətdə olan yeni mühit, yeni insanlara asan uyğunlaşma, çətinliklərə dözmək, problem həll etmək kimi xüsusiyyətləriniz və müstəqil, açıq fikirli rəftarınız da sizi digər namizədlərin önünə keçirəcək.
Xaricdə alacağınız təhsil müddətində sizlərə ən böyük dəstək isə şübhəsiz ki, Türkiyə Cumhuriyyətinin təmin etdiyi imkanlar olacaq.
Türkiyə Respublikası tərəfindən xarici tələbələrə verilən ictimai təqaüd imkanları var. Təqaüd proqramları aylıq təqaüd, Kollec təhsil xərci, sağlamlıq sığortası, yataqxana, Türk dili təhsili, qeydiyyat və nəqliyyat dəstəyini əhatə edir. Türkiyə burslarından faydalanmaq istəyən xarici tələbələr namizədləri müraciətlərini internet vasitəsi ilə etməlidirlər. Müraciətlər www.trscholarships.org və www.turkiyeburslari.gov.tr ünvanlarından reallaşdıra bilər. Müraciət tarixləri internet saytından bildirilir. Müraciət əsnasında lazımlı sənədlərin Türk dilinə tərcüməsinə ehtiyac olmadan əslləri sistemə yüklənməlidir. Türkiyə burslarına edilən müraciətlər iki mərhələdə qiymətləndirilir. Birincisi Akademik müvəffəqiyyət, yəni ortalama balı, ikincisi isə müsahibədən keçmək. Ortalama balı, bakalavr və magistr proqramını seçəcək tələbələr üçün 70%, doktarantura proqramını seçəcək tələbələr üçün 75%, tibb təhsili proqramını seçəcək tələbələr üçün isə 90% olmalıdır. Müraciət edın namizədlər içərisindən akademik balı yüksək olanlar müsahibəyə dəvət edilirlər. Müsahibə məlumatları namizədlərə e-mail yolu ilə və müraciət etdikləri online sistem vasitəsi ilə bildirilir. Müsahibələr, namizədlərin olduqları öz ölkələrindəki Türk nümayəndəliklərində, keçirilir.
Erasmus kimi layihələr Türkiyə təqaüdləri əhatəsi xaricindədir. Xüsusi istedadı ilə şagird qəbul edən Universitetlərə müraciət etmək istəyən beynəlxalq tələbələr, əvvəlcə müraciət etdikləri universitetin tələblərini qarşılayıb, o Universitetə qəbul olmalıdırlar. Qəbul olduqdan və müəyyən bir müddət təhsil aldıqdan sonra Türkiyə təqaüdləri üzrə müvəffəqiyyət və ya dəstək proqramlarına müraciət edə bilərlər. Türkiyə burslarına müraciət etmək istəyən, yalnız Türk dili bilməyən namizədlərə təhsil mərkəzində dil təhsili verilir.
Xarici bir dili öyrənməyin ən sürətli və ən məhsuldar yolu o dili həyatınızın bir parçası halına gətirməkdir. Bu da əlbəttə yalnız kitablar oxuyub kurslara getməklə deyil, öyrənmək istədiyiniz dili danışan insanların yanında, o dilin aid olduğu ölkədə olur. Böyüklərimizin söylədiyi kimi, dil yerində öyrənilir!
Xaricdə təhsil almaq, bir çox ölkəyə səyahət etmə imkanını da təmin edir. Təhsilini fərqli bir ölkədə davam etdirən tələbə təxminən on fərqli ölkəni gördükdən sonra ölkəsinə dönə bilər. Yeni insanlar, yeni coğrafiyalar və yeni mədəniyyətlərlə tanış olmaq imkanına malik olur.
Üstəlik təhsil almaq üçün seçdiyi ölkə Türkiyə kimi mədəni baxımdan çox zəngin ölkədirsə, onun qonşu ölkələrini də ziyarət edərək, dünya mədəniyyətləri və dinləri kimi bir çox mövzuda özünü tarixi bir bayramın tam ortasında hiss edəcəklər.

Sizlər də beynəlxalq bir təhsil təcrübəsindən sonra problemlərin tək bir həlli olmadığını, fərqli kimi görünən bir çox şeyin əslində bərabər olduğunu anlayacaq, dünyaya daha fərqli baxmağa və həyatı bu şəkildə qiymətləndirməyə başlayacaqsınız.
Sağollaşmadan əvvəl, bir elanı xatırlatmaq istəyirik.
Bizlərlə təkrar görüşmək üçün bir həftə gözləmək məcburiyyətində deyilsiniz! İnternet adresimiz trtAzerbaycan.com.tr və Facebook TRT Horizon səhifəsini təqib edərək müsahibə və videolarımızı izləyə və mesajlarınızı yaza bilərsiniz.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr