Keçmişə salam 1 / 2015

Kecmişin izlərini qoruyan antik şəhərlər və bu şəhərlərdə görüləcək işlər haqda gələcək proqramlarımızda size geniş bilgi verəcəyik.

183689
Keçmişə salam 1 / 2015

“ keçmişə salam ”adlı yeni proqramımızın yaranma meqsedi Türkiyədə var olan tarixi deyerleri , yaşayan kecmişi və böyük medeniyyet mirasını tanıtmaqdır.
Bu səbəbdən də, keçmise salam deyib Türkiyənin antik şəhərlərinə səyahət edeceyik.
Başdan – başa bir tarix səhifəsi olan Türkiyənin antik şəhərlərində gizli qalmiş kecmisi sizlərə təqdim edeceyik.
Yer üzərində ilk yaşayış yerləri olan antik şəhərlər en kicik qəbilələrdən, ən böyük imperatorluqlara qədər bir çox mədəniyyətin beşiyi olub ,saysız hesabsız tarixi olaylara şahidlik etmişdir.
Efes ,Zeuqma,Aspendos,Olimpiyus ,Mietus kimi yüzlərlə antik şəhərin qalıntıları indi bizi bir keçmişə aparır. Kecmişin izlərini qoruyan antik şəhərlər və bu şəhərlərdə görüləcək işlər haqda gələcək proqramlarımızda size geniş bilgi verəcəyik.

Bu bilgilərədn yola cıxaraq səyahət edəcəyimiz ilk antik şəhər
Makidonyalı İsgendərin generallerı tərəfindan eramızdan əvvəl 300 cü illərdə qurulan Zeuqmadır. Bu gün Qaziantepin Nizip ilçəsine yerləşən Zeuqma başdan – başa bir tarix incisidir. Misilsiz səltənət sayılan Zeugma göz qamaşdıran mazaykaları ilə dünyada məhşurdur,antik şəhərin söhrəti bütün türk səltənətinin bir parcasıdır. sanki mazaykaları ilə məhsur olan antik şəhər cevrəsində tarixi araşdırmalar davam etdiyi ücün növbəti proqramımızdan bu antik şəhəri başdan-başa səyahət edəcək və proqramımızın bir bölümünü Zeuqmaya həsr edəcəyik.

Çindən Antakyaya qədər uzanan tarixi ipek yolunun keçtiyi şəhər olan Zeuqma, bu bölgəni ticarətin mərkəzinə cevirmiş, Roma İmperyasının ən önəmli ticarət mərkəzi ünvaını qazanmışdır.
Mozaykaları kimi, zəngin həyat tərzinin yaşandığı Zeuqma antik şəhəri sular altında qalmış əsirlər , miniliklər boyu öz gözılliyini və sirlərini gizli saxlamış, lakin aparılan qazıntılar nəticəsində Türk torpaqlarının bu nadir incisi işıq üzünə cıxmış bir cox əsər öz gəzəliyi və tarixi dəyəri ilə görənləri, duyanları heyran qoymuşdur.

 İzmirin Səlçuk ilçəsinde yerləşən Efes antik şəhəri dünyaının 7 möcüzəsindən birinə sahib olan bu dəyəri min illər boyu yaşadan yeganə antik şəhərdir. Eramızdan əvvəl 6 cı minilliyə aid olan bu inanılmaz miras ,bir cox mədəniyyətə ev sahbi olmuş, saysız hesabsız tarix incilərini günümüzə qədər catdıra bilmişdır .

Helenistik və Roma zamanınən ehtişamını və zənginliyini əks etdirən Efes antik şəhərində zamanın zənginləri , tüccarları ,elm adamları , ixdiracıları, rəssam və sairləri olmaqla 200 min insanın yaşayış məsgəni olmuşdur . Efesin göz qamaşdıran siması kimi onun tarixi zənginliyidə , görənləri duyanları heyran edir Antik kəntdə aşgarlanan bir cox tarixi əsərlə bərabər , hələdə araşdırmaları davam edən onlarla məkan və tarix səhifəsi var. Bu gündə, Efes cevrəsində davam edən arxeoloji qazıntlar onu deməyə əsas verir ki boyük bir miras hələdə bu antik kəntdə gizli qalmaqdadır.
Efes antik şəhərinin aşgarlanan və günümüzə qədər gəlib catan Artemis Məbədi ,Celsus Kitabxanası , Meryem Ana Evi, Əshabi Kef Mağarası, kimi bir birindən dəyərli onlarla görkəmli tarix xəzinəsi var ki, buda butun ziyarətcləri hayran edərək ,keçmişdən günümüzə uzanan tarix səyahətinin canlandırır.

Elə isə günümüzə uzanan bu tarixi dəyərlərdən xəbərdar olmaq isdəyirsinizsə , keçmişə salam deyib bir mədəniyyət mirası olan antik şəhərlərin tarixi havasını duymaq istəyirsinizsə, bizi dinləməyə davam edin.
“Dünəndən bu günə Turkiyə” öz zəngin mirası ilə gələcəyə addımlayır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr