Müalicә vә Turizm Diyarı Türkiyә 50 / 2014

Antaliya şəhəri

152381
Müalicә vә Turizm Diyarı Türkiyә 50 / 2014

Hər həftə olduğu kimi TRT “Türkiyənin Səsi” Radiosunda sizə Türkiyənin turizm və tibb turizmi mərkəzlərindən bəhs etməyə davam edirik. Bu gün sizə ölkənin əsas turizm mərkəzlərindən biri sayılan Antaliya şəhərini tanıdacayıq.
Aralıq dənizi sahilində yerləşən Antaliya şəhəri Türkiyənin ən gözəl şəhərlərindən biridir. Şəhəri bəzən “Aralıq dənizinin incisi”, “Türk Rivierası” və “dünyanın cənnəti” də adlandırırlar . Antaliya ölkənin ən məhşur və ən çox turist gələn şəhərlərindən biridir. 2013-cü ildə 11 milyon 120 min 730 xarici turistin bura gəlməsi ilə şəhər əvvəllər olduğu kimi turist sayısında 1-ci olub. Çoxlu sayda antik şəhərin, tarixi əsərlərin yerləşdiyi şəhər, əlverişli iqlimi, uzun sahilləri, zəngin təbiəti ilə ideal turizm bölgəsidir.
Şəhər tibb turizmi baxımından da inkişaf edib. Bu gələnlər turistlər həm dincəlir həm də tibbi xidmətlərdən istifadə edir. Bu səbəblər şəhər rəsmiləri və investorlar tibb turizminin inkişafı üçün əsaslı işlər görürlər.
Dənizi, sahili, yaşıl meşələri ilə tanınan şəhərin digər bir təbii gözəlliyi də şəlalələridir. Toros dağlarının cənub qaynaqlarından çıxan bu şəlalələr keçdikləri və dənizə töküldüyü yerlərdə ecazkar mənzərələr yaradır. Şəhərdə 20-dən çox şəlalə var. Onlardan ən məhşuru Manavqat, Düden və Qurşunlu şəlalələridir.
Manavqat şəlaləsi Alanya yolunda, Antaliyadan 80-km uzaqda yerləşən Manavqat rayonunda yerləşir. Hər fəsildə suyu bol olan Manavqat çayının üstündə biri böyük, digəri kiçik – 2 şəlalə var. Böyük şəlalənin ətrafı kanallarla, səddlərdə və böyük bir parkla əhatələnib. Böyük çinar ağaclarının altında şəlaləni izləyərək həm istirahət etmək, həm də burada yerləşən çay baxçalarında dincəlmək mümkündür. İsti yay günlərində sərinləmək üçün bura ideal yerdir.
TRT “Türkiyənin Səsi” Radiosunda sizə Aralıq dənizi sahilində yerləşən gözəl Antaliya şəhərini tanıtmağa davam edirik.
Düden şəlaləsi də Manavqat şəlaləsi kimi 2 ayrı yerdən tökülür. Bunlar Yuxarı Düden və Aşağı Düden şəlaləsi adlanır. Antaliyaya 10 km uzaqlıqda yerləşən Yuxarı Düden şəlaləsi əsl təbiət möcüzəsidir. 10 metr hündürlükdən tökülən şəlalənin ətrafı sarmaşıqlarla əhatənəlib. Bura sanki yağış meşəsini xatırladır.1992-ci ildən bəri dövlət tərəfindən qorunan bu ərazidə istirahət mərkəzləri və dincəlmə yerləri yerləşir.
Düden çayı, Yuxarı Düden şəlaləsinin 10-cu km-də Aralıq dənizinə tökülür. Aşağı Düden adlanan bu şəlalə 40 metr hündürlükdən dənizə tökülür. Suyun bulud formasında dənizə tökülməsi görülməyə dəyər bir mənzərədir.
Antaliyanın 3-cü böyük şəlaləsi Qurşunlu şəlaləsidir. Şəlalə şəhərə 24 km uzaqlıqda, şam ağaclarının arasında yerləşir. Qurşunlu parkı istirahət mərkəzləri, dincəlmə yerləri ilə şəhərin səsindən uzaqlaşmaq istəyənlər üçün ideal yerdir. 18 metr hündürlükdən tökülən şəlalə ilə yanaşı, dərədə böyük-kiçik bir çox şəlalə var. Şəlalələrin töküldüyü yerlərdə əmələ gələn kiçik göllərdə su zanbaqları və balıqları görmək mümkündür. Bura şəlalələrlə yanaşı, gözəl təbiət qoynunda dincəlmək üçün də əlverişli yerdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr