Müalicә vә Turizm Diyarı Türkiyә 44 / 2014

Adıyaman şəhəri

186343
Müalicә vә Turizm Diyarı Türkiyә 44 / 2014

Hər həftə olduğu kimi TRT “Türkiyənin Səsi” Radiosunda sizə
Türkiyənin turizm və tibb turizmi mərkəzlərindən bəhs etməyə davam
edirik. Bu gün sizə Türkiyənin cənub-şərqi Anadolu bölgəsində yerləşən Adıyaman şəhərini tanıdacayıq.
Cənub-şərqi Anadolunun əsas turizm mərkəzlərindən biri olan Adıyaman şəhəri qədim yaşayış məskənidir. Burda yerləşən Palanlı mağarasında aparılan arxeoloji qazıntılarda 40 min il bundan əvvəl yaşamış insan izləri aşkar edilib. Keçmişdə Assuriyalılar, Farslar, Makedonlar, Romalılar kimi bir çox dövlət burda hökm sürüb, lakin şəhərin parlaq dövrü Kommagene Krallığının hakimiyyəti illərinə təsadüf edir.
Kommagene Krallığı e.ə 1-ci əsrdə, indiki Adıyaman, Maraş və Antep şəhərləri ərazisində qurulmuş və təxminən 200 il hökm sürən kiçik krallıq idi. Krallığın məhşurlaşmasında e.ə 69-360-cı illərdə hakimiyyətdə olmuş Kommagene Kralı Antikosun böyük rolu olub. O, Adıyamanın Kahta rayonunda yerləşən Nemrut Dağına 8-10 metr hündürlükdə böyük heykəllər və məzarlar inşa etdirib. Türkiyənin tanıtım elanlarında tez-tez gördüyümüz bu əsərlər öz ecazkarlığı ilə seçilir.
Kral Antikos Nemrut dağında qərbli yunanlıların və şərqli Farsların dinini birləşdirərək yeni bir din yaratmaq və bu dini bütün dünyaya yaymaq istəyirdi. Bu məqsədlə o dağa, qərbli və şərqli tanrıların heykəllərini inşa etdirir. Heykəllər arasında onun öz heykəli də var.
Kralı Antikosun arzusu həyata keçməsə də, 2000 il əvvəl Nemrut dağında düzəldilən bu heykəllər bütün dünyada məhşurlaşdı. Hər il minlərlə xarici turist bu heykəlləri görmək üçün Adıyamana gəlir. Xüsusilə yay aylarında bura gələn turistlər 2150 metr hündürlüyündəki Nemrut dağına çıxaraq səhərə yaxın burda günəşin çıxmasını seyr edirlər. Onlar “Dünyanın heç bir yerində günəş Nemrut dağındakı kimi gözəl çıxmır” deyir.
Milli park statusu altında qorunan alan bu əsərlər 1987-ci ildən bəri UNESCO-nun Dünya Mədəni İrsi Siyahısındadır.
TRT “Türkiyənin Səsi” radiosunda “Türkiyədə Tibb və Turizm” proqramında sizə cənub-şərqi Anadolu bölgəsində yerləşən Adıyaman şəhərini tanıtmağa davam edirik. Anadoludakı bir çox bölgə kimi bura da zəngin geotermal quruluşa malikdir. Termal mərkəzlərin çox Besni ve Çelikhan rayonlarında yerləşir.
Adıyamana 45 km uzaqlıqda yerləşən Besni rayonunda 2 termal qaynaq var. Bunlar Çörmük və Quruçay termal qaynaqlarıdır. Aparılan tədqiqatlarda hər iki termal qaynağın suyunun əsasən yel, hemoroy olmaq üzrə bir çox xəstəliyin tamamlayıcı müalicəsinə faydalı olduğu aşkar edilib. Çimməklə yanaşı, Çörmük qaynağının suyundan içmək böyrək daşları, xroniki qəbizlik, bağırsaq, mədə iltihabı problemlərinə faydalıdır.
Çelikhan rayonundan 15 km şərqdə yerləşən və digər adı Korucak olan Çelikhan termal mərkəzi digər şəfalı su mənbəyidir. Burda “Dağ içməsi” adlanan termal mərkəz də var. Taşdamlar və Konucak kəndlərinin sərhəddində yerləşən bu mərkəzin suları adından da göründüyü kimi içmək üçün istifadə olunur. Soyuq mədən suyu xüsusiyyətinə malik bu hipotermal suk arbondioksid, bikarbonat, sülfat və maqnezium tərkiblidir. Gündəlik içilən bu su mədə, bağırsaq, qaraciyər, öd kisəsi, böyrək daşı, artıq çəki, şəkər kimi bir çox xəstəliyin tamamlayıcı müalicəsində faydalıdır.

“TRT Türkiyənin Səsi” radiosunda bu gün sizə cənub-şərqi Anadolu bölgəsində yerləşən Adaman şəhərindən bəhs etdik. Kommagene kralı Antikosun Nemrut Dağında inşa etdirdiyi və UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil olmuş tanrı heykəllərini eləcə də bölgənin geotermal ərazilərini sizə tanıtdıq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr