Türkiyədə Təhsil 43 /2014

beynəlxalq təhsil

178091
Türkiyədə Təhsil 43 /2014

Hər həftə olduğu kimi bu gün də “TRT Türkiyənin səsi” radiosunda “Üfüq xətti” proqramında beynəlxalq təhsil mövzusuna davam edirik.
Keçən həftə Edirnə şəhərində yerləşən Trakya Universitetinin beynəlxalq təhsil əlaqələrindən bəhs etdik. Beləliklə, qaldığımız yerdən davam edirik. Universitetin rektoru professor Yener Yörüyün müsahibəsini sizə təqdim edirik :
“Universitetimiz müasir təlim prinsipləri ilə bölgənin və ölkənin inkişafına xidmət edir. Biz Balkan universiteti sayılırıq və beynəlxalq əlaqələrimizi də bu yöndə qururuq. Balkan ölkələri rəsmiləri, universitet rektorları və təşkilatlarla elmi-mədəni əməkdaşlıq quraraq ortaq layihələr icra edirik.
Məqsədi ölkəyə, cəmiyyətə faydalı, bilikli, savadlı, rasional düşüncəli elm xadimləri və tələbələr hazırlamaq olan Trakya Universiteti müasir təhsil sistemi ilə bu sahədə böyük işlər görür. Universitetimizin nəznində 13 bina, 12 fakültə, 6 litsey, 1 peşə məktəbi, 5 institut, 1 dövlət konservatoriyası, 22 tədqiqat və araşdırma mərkəzi və 2 ibtidai məktəb var. 265 diplom proqramına uyğun 39 min 687 tələbə burda təhsil alır.
Növbəti sualımız universitetin tələbələrə yaratdığı sosial imkanlar barədədir.
“Tələbələrimizin təhsil həyatı boyunca çətinliklərlə üzləşməməyi, öz gələcəkləri üçün doğru işlər görməyi bizim üçün vacibdir və bunun üçün əlimizdən gələni edirik. Tələbələrimiz üçün müxtəlif sosial xidmətlər, idman salonu və yeməkxana xidməti təşkil olunub. Mərkəzi binanın yanında yerləşən Dövlət Yataqxanası ilə yanaşı şəhərin müxtəlif yerlərində tələbələr üçün yataqxanalarımız var. Dövlət Ali Təhsil Qurumunun yataqxanası 5500 nəfərlikdir. Universitet binalarımızın olduğu yerlərdə də tələbə evləri və özəl yataqxanalar var. Bundan başqa universitetdə çoxlu idman salonu var. Balkan binamızda yerləşən Qırxpınar Bədən Tərbiyəsi və İdman Kollecində 2 qapalı, 2 açıq idman salonu, yarı olimpik hovuz, olimpik qapalı idman salonu, topraq və xalça futbol stadionu, tennis kortu, güləş, gimnastika, fitness salonu və açıq basketbol, voleybol sahəmiz var.
Fərqli fakültələrdə oxuyan tələbələrimiz maraqlandıqları sahələrdə fikirlərini bölüşsün deyə universitetimizdə 42 tələbə dərnəyi fəaliyyət göstərir.
Tələbələrimizə maddi dəstək də veririk. “Tələbələrimizi dəstəkləyirik” layihəsi çərçivəsində onların təhsil həyatına kömək göstəririk.
Xarici tələbələr oxumaq üçün niyə Trakyanı, xüsusilə də Edirnəni seçməlidir ?
Burda onları zəngin mədəni miras, yəni türk mədəniyyəti gözləyir. Burda zəngin Trakya mətbəxi, yaşıl təbiət, süni göl və məhşur Qaraağac bölgəsi var. Onlar yay aylarında Saros körfəzində, dənizdə və universitetimizin “Enez” istirahət mərkəzində dincələ bilərlər.
Edirnə və Trakya bölgəsi xarici tələbələr üçün təhlükəsiz yerdir. Burda tıxac problemi yoxdur. Trakya memarlıq və təbiət cəhətdən zəngin bölgədir.”
Son olaraq rektorun xarici tələbələr üçün müraciətini sizə çatdırırıq :
“Arzu edirik ki,burada təhsil alan tələbələr gələcəkdə demokratik,qlobal və müasir düşüncəli, tarixini, dəyərləri bilən, elmi biliklərə malik, tənqidə açıq, yaradıcı, ölkə problemlərinə önəm verən insanlar olacaq. Biz əminik ki, ağıl və elm yoluyla tarixin izində biz də olacayıq. Burda yaşayanların çoxu Balkan əsillidir. Sizi 3 çayın birləşdiyi, mədəniyyət və tarix dolu elm şəhərinə dəvət edirik…
Trakya Universiteti sizi gözləyir..”


Etiketlәr:

Әlaqәli Xәbәrlәr