Mədəniyyətlər Beşiyi Türkiyə 40 / 2014

Anadolunun Elhamrası

156325
Mədəniyyətlər Beşiyi Türkiyə  40 / 2014

11-ci əsrin ikinci yarısında Anadoluya köçən türk boyları inşa etdikləri tikililərlə Anadolu Səlcuqlu memarlığının əsasını qoyublar. Onların arasından Mengücüklüler boyu Anadolunun siyasi tarixinində böyük rol oynamasalar da inşa etdikləri əsərlərlə izlər qoyublar. Onlar, 1071-ci ildə baş verən Malazgirt döyüşündən sonra Anadolunun Yuxarı Fıraz ərazisinə köçən bir türk bəyliyi idi. Mengücüklüler 12-ci əsrin sonu, 13-cü əsrin əvvəlində Erzincan, Kemah və Divriyidə zəngin daş bəzəklərinə malik tikililər inşa ediblər. Onlardan ən məhşuru günümüzə qədər qorunan, Mengücüklü Əhməd Şah və xanımı Məlikə Xatun tərəfindən inşa etdirilən Divriyi Ulu Məscidi və xəstəxanasıdır. Qabaq hissəsi, 4 tac qapısı və bəzəkləri ilə Anadolu Səlcuqlu memarlığında xüsusi yeri olan bu tikili xarici tədqiqatçılar tərəfindən “Anadolunun Elhamrası” adlandırılır.
Şərqi Anadolu bölgəsində yerləşən Divriği Sivas şəhərinin rayonudur. Zəngin topraqlarından çıxan dəmir keçmişdə Mesapotomiyaya ixrac edilirdi, bu səbəblə şəhər varlanmışdı. UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən Divriyi Ulu Məscidi və xəstəxanası bölgənin əsas tarixi memarlıq əsərləridir.
Divriyi qalasının qərbində yerləşən Divriyi külliyəsi 1228-29-cu illərdə inşa edilib. Bir-birinə birləşik 2 tikili düzbucaqlı formadadır. 3 ayrı qapısı olan məscid, şimal tərəfindəki girişə görə uzun bir plana malikdir. Cənub tərəfdəki divara uzanan 5 qübbə, qalın sütunlu kəmər və tavan örtüyü ilə əhatələnib. Tavan örtüyü fərqli daş bəzəkləri ilə işlənib. Məscid inşasında orta qübbənin geniş tikilməsi, girişdən sonrakı 3-cü bölmənin fənərlə işıqlandırılması vacibdir. Mehrabın qabağındakı qübbənin üstü piramida formalı damla örtülüb. İç tərəfdəki müxtəlif sütunlar və başlıqları, mehrabın oyuqlarındakı bitki motivləri bura gələnləri heyran edir. 4 eyvanlı və üstü bağlı xəstəxana məscidin qərbində yerləşir. Tikilinin içinə tərəf, kənar hissədə türbə yerləşir. Külliyənin ən çox diqqət çəkən yeri kənarlarda yerləşən, fərqli bəzəklərə malik 4 tac qapısıdır. Şəfaxana tac qapısının motivləri digərlərindən çox fərqlidir. Yerdən yarım dairə, disk və bitki formasında yuxarı qalxan motivlər tavanda sona çatır. Qapının üstündə sütun ilə ayrılmış 2 pəncərə və bəzəkli bölmələr yerləşir. Tac qapının üstündə 4 düyümlü, ulduzlu, kəpənək formalı həndəsi motivlər və bəzəklər diqqət çəkir.
Divriği xəstəxanasının tac qapısında Hindistan, Əfqanıstan və İrandan motivlər var. Külliyənin 4 qapısında da adət- ənənələri əks etdirən fərqli motivlər var.
Külliyənin yanında Qala məscidi yerləşir. Qala divarlarının şərq tərəfində yerləşən bu məscid Şahinşah Bin Süleyman tərəfindən inşa etdirilib və onun da adını daşıyır. Tac qapısının daş bəzəkləri Azərbaycanlı Həsən Bin Firuz adlı usta tərəfindən düzəldilib. Qapıda kiçik ölçülü çini lövləhər yerləşir. Bəzəklərdə əsasən Azərbaycan motivləri, yan hissələrdə isə bitki motivləri işlənib.
Mengücüklüler tərəfindən inşa etdirilən digər bir tikili də Qala məscidinə oxşar bir türbədir. Türbə günümüzdə Sitte Melik adını daşısa da, 12-ci əsrdə Mengücüklü Süleyman Şah şərəfində inşa edilib. Türbə kənar bəzəkləri və içindəki kitabələri ilə diqqət çəkir.
Divriyi tarixi evləri ilə də məhşurdur. Abuçimən dərəsinin qərb hissəsində yerləşən bu evlər 16-cı, 17-cı əsrdə inşa edilib. Evlər 2 mərtəbəlidir, alt hissələrdə axır, anbar və mətbəx, üst hissələrdə isə yaz və qış bölmələri eləcə də divanxana, qonaq otaqları yerləşir. Evlər küçə, həyət və bağça mənzərəlidir. Burda əsas diqqət çəkən amil taxta bəzəklərdir. Tavanlarda, şkaf qapaqlarında taxtaoyma sənətinə aid bəzəklər görmək mümkündür. Bu tarixi evlərdən Ayan Ağa, Dəmiralan, Şeyxoğlu, Sancaktar, Aldullah və Paşa malikənəsi günümüzə qədər qorunan əsas əsərlərdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr