Müalicә vә Turizm Diyarı Türkiyә 37 / 2014

Bu gün sizə tanıdacağımız yer isə şimal-şərqi Anadoluda bölgəsində yerləşən Çanaqqala şəhəridir.

132276
Müalicә vә Turizm Diyarı Türkiyә 37 / 2014

Salam hər həftə olduğu kimi bu həftə də sizə Türkiyənin şəfalı su qaynaqlarından bəhs edəcəyik. Bu gün sizə tanıdacağımız yer isə şimal-şərqi Anadoluda bölgəsində yerləşən Çanaqqala şəhəridir.
Qədim tarixə malik Çanaqqala şəhəri Egey dənizi ilə Mərmərə dənizini bir-birinə birləşdirən Çanaqqala boğazının iki tərəfini əhatə edir. Şəhər İstanbul kimi həm Asia həm də Avropa qitəsindən keçir. Əsrlər boyu fərqli mədəniyyətlərin beşiyi olmuş şəhərdə bir çox dövlətlər hökm sürüb. Çanaqqala deyəndə ağla ilk gələn yer şübhəsiz ki dünyaca məhşur qədim Troya şəhəridir. Çanaqqalanın Asia qitəsi tərəfində, Hisarlıq təpəsində yerləşən bu qədim şəhər e.ə 3000-ci illərdə qurulub. 19-cu əsrin axırlarında arxeoloji qazıntılar zamanı aşkar edilən şəhərdə üst-üstə qurulu 9 mərtəbəli tikili tapılıb. Əlverişli coğrafi mövqeyə malik Troya şəhəri 1998-ci ildə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına əlavə edilib. Troyanın dünyaca məhşurlaşmasında antik dövr şairi Homerin böyük rolu var. Qərb ədəbiyyatının təməli sayılan Homerin “İliada” əsərində Troyada baş verən Troya döyüşündən bəhs edilir. Əsərə əsasən, Ellinlər Troya şəhərini ələ keçirmək üçün içi əsgərlə dolu nəhəng bir taxta atı Troyalılara hədiyyə edirlər. Gecə yarısı atın içindən çıxan əsgərlər şəhəri işğal edirlər. 2004-cü ildə Hollywood, baş rolunu Bred Pittin oynadığı “Troya” filmini tamaşaçılara təqdim etdi və beləliklə Troya döyüşü bir daha dünya gündəminə gəldi.
Hər il bu qədim şəhəri minlərlə turist ziyarət edir. Arxeoloji qazıntılarda aşkar edilən hər bir tapıntı Troya şəhərinə aid yeni məqamları meydana çıxarır.
Qədim tarixə malik Çanaqqala şəhəri zəngin geotermal bölgədə yerləşir. Şəhərdə çoxlu sayda böyük və kiçik termal mərkəzlər var. Bu termal mərkəzlərin ən məhşuru Ezine bölgəsində yerləşən Kestanbol termal mərkəzidir. Şəhərə 65 km uzaqda yerləşən termal mərkəz qədim tarixə malikdir. Qədim Aleksandria Troas şəhərinin ətəklərində qurulan termal mərkəz, 2300 ildən günümüzə qədər istifadə edilir. Aleksandria Troas şəhəri e.ə 310-cu ildə Böyük İsgəndərin şərəfinə qurulub. Həmin dövrdə bu termal mərkəz şəhərin müalicə mərkəzi idi. Romalılar buranı işğal etdikdən sonra termal mərkəzdə hamamlar və bölmələr inşa ediblər. Bir rəvayətə əsasən, Qanuni Sultan Süleyman müharibədən yaralı qayıdan əsgərləri burda müalicə etdirirdi. Kestanbol termal mərkəzi o dövrlərdən bu günə qədər bir çox insana şəfa bəxş edib. Aleksandria Troas şəhərinin qalıqları və hamamlarının yerləşdiyi termal mərkəzə , xalq arasında “ölünü dirildən su yeri” deyilir. Bu inanc dini bir hekayəyə əsaslanır. Hekayəyə əsasən, 52-ci ildə İsa Peyğəmbərin həvarilərindən biri olan Əziz Paul xristianlığı yaymaq məqsədi ilə Anadoludan Avropaya gəlməyə qərar verir və bu məqsədlə Aleksandria Troas limanına gəlir. O şəhərdə xütbə verərkən ona qulaq asan bir uşaq pəncərədən yıxılaraq vəfat edir. Kestanbolun şifalı sularında çimizdirilən uşaq dirilib yenidən həyata qayıdır.
TRT Türkiyənin Səsi radiosunda proqramımız davam edir.
Bu gün sizə Çanaqqala şəhərindən və onun Ezinə kəndində yerləşən Kestanbol termal mərkəzindən bəhs edirik. Egey dənizin yanında, zeytun tarlaları və cökə ağaclarının arasında dənizə baxan Kestanbol termal mərkəzi əsirlərdir olduğu kimi hələ də insanlara şəfa bəxş edir. Xlor, sodium, dəmir, flor və radioaktiv maddələrə malik sular yerdən 54-75 dərəcə istilikdə çıxır. Hər litrində 22 qr mineral olması səbəbi ilə sular “polad su” , az miqdarda radioaktiv radon qazına malik olması səbəbi ilə isə bu sulara “gənclik suları” deyilir. 6 fərqli qaynaqdan çıxan sular bir çox xəstəliyin tamamlayıcı müalicəsində faydalıdır. Kestanbol suları əsasən yel, qadın, nəfəs yolları, əsəb, əzələ, oynaq, mədə, bağırsaq, qara ciyər, öd kisəsi, hemoroid xəstəliklərinin müalicəsində istifadə olunur.
Qədim Aleksandria Troas şəhərinin qalıqlarının yaxınlığında yerləşən Kestanbol termal mərkəzi eləcə də zəngin təbii gözəlliklərə malikdir. Buranın sakit və tarixi mühitində həm ruhən həm də fiziki cəhətdən dincəlmək mümkündür.
TRT Türkiyənin Səsi radiosunda daha bir proqramımızın sonuna gəldik. Bu gün sizə Çanaqqala şəhərində yerləşən antik Troya şəhərindən və Ezinə kəndindəki Kestanbol termal mərkəzindən bəhs etdik. Gələn həftə eyni gün və saatda görüşənədək hələlik.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr