TÜRKİYӘDӘ TӘHSİL 15 /14

Bu həftə mikrofonumuzu Universitetin xarici dillər müəllimlərinə uzatdım. Onlar çox isti bir şəkildə Türkiyəyə gəlmə əhvalatlarını, Bursa və Bursa Texniki Universiteti haqqında düşüncələrini paylaşdılar.

62529
TÜRKİYӘDӘ TӘHSİL 15 /14

Sevimli dinləyicilər, hər həftə olduğu kimi “TÜRKİYӘDӘ TӘHSİL”proqramında görüşürük yenə. Beynəlxalq təhsil hərəkatı və Türkiyədə oxumaqla bağlı video-müsahibələrin çoxunu tam halda izləmək istəsəniz, facebook-un "TRT Horizon" səhifəsinə baxa bilərsiniz. Bu səhifədə həm də sizin suallarınıza cavab veririk.

Keçən həftə Bursa Texniki Universitetinin rektoru professor-doktor Əli Sürməklə etdiyimiz söhbəti təqdim etmişdik. Bu həftə mikrofonumuzu Universitetin xarici dillər müəllimlərinə uzatdım. Onlar çox isti bir şəkildə Türkiyəyə gəlmə əhvalatlarını, Bursa və Bursa Texniki Universiteti haqqında düşüncələrini paylaşdılar. Stephanie:

"Salam, mənim adım Stephanie, Amerikalıyam. Yarım ildir ki, Bursada yaşayır və müəllimlik edirəm. Məncə, Bursanın möcüzələrindən biri onun mövqeyidir. Biz Mərmərə dənizinə və Uludağa çox yaxınıq. Yəni bir gün dəniz kənarına, bir gün xizək sürməyə getmək imkanı var. Hamı bir-birinə çox yaxındır. Bundan başqa, məncə, Bursa Texniki Universiteti tələbələrə çox şey verəcək, çünki böyük və qarışıq universitet deyil. Tələbələr müəllimlərdən ehtiyac duyduqları fərdi bilikləri əldə edə bilirlər." Ame:

"Mənim adım Ame, 5 aydır Türkiyədəyəm, Amerikadan gəlmişəm. Bursanın ən gözəl tərəflərindən biri onun tarixi şəhər olmasıdır. Küçələr boyu Osmanlı dövrlərinə aid memarlıq əsərləri görmək mümkündür. O ki qaldı Bursa Texniki Universiteti, onu deyə bilərəm ki, kiçik bir universitet olduğu üçün təhsilin keyfiyyəti öndədir və tələbələrə fərdi yanaşılır." Bursa Texniki Universitetinin xarici müəllimlərindən Charles Barton da söhbətə qoşulur.

Charles Barton: "Mən Türkiyəyə ilk dəfə tələbə kimi gəlmişdim. Burda müxtəlif mədəniyyətlər bir aradadır. Bambaşqa bir mədəniyyəti gördükdə insan onu öz kültürünüzdəki bir çox şeylərlə müqayisə etməyə, daha yaxşı anlamağa başlayır. Eyni zamanda, Türkiyənin çox gözəl yeməkləri var, bəyənirəm." Kari:

"Mənim adım isə Kari, Amerikalıyam. Charlie kimi mən də Türkiyəyə ilk dəfə bir tələbə olaraq gəlmişdim. Amma insanların xoş üzündən burda qalmağa qərar verdim. Məncə, Türklər dünyada ən gözəl dost millətlərdən biridir. Çox qonaqpərvərdirlər, bənzərsiz xüsusiyyətləri var, başqa bir yerdə qarşılaşmayacağımız və yaşayamayacağımız şeylerlə rastlanırıq. Məsələn, bir dükana girirsiz, biri çay gətirir, sizinlə söhbət edir. Burda insanlarla əlaqə qurmağa, ünsiyyətə keçməyə çox önəm verirlər. Türklər necə olduğunuzu soruşduqda özləri kimi sizdən də səmimi cavab gözləyirlər. Məncə, xarici tələbələr Türkiyədən çox şey əldə edə, gözəl əlaqələr qura və yoldaşlıqlar yarada bilərlər." Shawnda Hines:

"Mən Shawnda Hines. Mən də Amerikadanam. Türkiyəyə ilk dəfə bir turist kimi gəlmişdim, amma bu ölkədə qalmağa, yaşamağa qərar verdim, 3 ildir burdayam. Mən Türkiyənin həqiqətən Avropa və Asiya arasında bir mədəniyyətlər körpüsü olduğunu düşünürəm. Türkiyə yaşamaq üçün əsrarəngiz bir yerdir. Bu məkan maraqlı bir təcrübə və macəralı, fərqli bir diyardır. Həm də insan özünü burda rahat hiss edir, sanki tanış-biliş arasındasan. Çox mədəniyyət və dinləri mehriban bir vəhdət halında gördüm burda. İslam mədəniyyətinə Türkiyədəki kimi mükəmməl və cəlbedici heç yerdə rastlamadım. Burda yaşamaq bu mədəniyyətlərə şahidlik etmək deməkdir. Şəxsən mənimçün inanılmaz bir təcrübədir. İnsanları çox qonaqpərvərdir. Müsəlman olsanız da, olmasanız da, məsciddən gələn azan səsiylə birlikdə gündə beş dəfə həyatınız tarazlaşmış olur. Bu, çox gözəl bir hissdir. Türkiyədə yaşamağın dəyəri var.”

Etiketlәr:

Әlaqәli Xәbәrlәr