KÖNÜLDƏN – KÖNÜLƏ 14/2014

62533
KÖNÜLDƏN – KÖNÜLƏ 14/2014

Ötən həftə qədim Türk boylarından olan Tuva türkləri barədə ümumi məlumat vermişdik. Bu günkü proqramımızda Tuva’nın əski tarixi, Tuva Türklərinin dili, folkloru və ədəbi mühiti barədə söhbət açmaq istəyirik.

Urenha – Tuva Türklərinin tarixi kökü min illərə varan ümumtürk tarixinin ayrılmaz bir hissəsidir. Ötən verilişimizdə Tuva adıyla bağlı tanınmış Türkoloq Abdulqədir İnanın bir mülahizəsini diqqətinizə çatdırmışdıq. Görkəmli alim «Urenxa» adının bəzi mənbələrdə «yışkişi» - qədim Türkcədə orman kişisi, meşə adamı mənasına gəldiyini yazırdı. Türk milləti üçün üz ağlığı, şərəf və şöhrət salnaməsi sayılacaq Orxon – Yenisey abidələrində qədim Türklərin ən düşərli və müqəddəs ana yurdu «Ötükənyiş» - yəni Ötükən meşəli dağı olduğu göstərilir. Bilgə xaqan öz millətinə: «Ötükən’dən ayrılma, öləcəksən!» - deyə xəbərdarlıq edir. Böyük Türk imperiyalarının quruluşu və çöküşü dönəmlərində də Ötükən öz strateji əhəmiyyətini qoruyub saxlamışdır. Tuvalıların da beləcə meşəli dağlardan ayrılmayaraq baş verən tarixi olaylardan, belə demək mümkünsə, nisbətən xəbərsiz qalmaları heç də onların tarixinə kölgə salmır.

Tuvalılar içində sıx-sıx rastlanan Uyğur, Uluğ, Tülüş, Kırğız və s. kimi soy adları onların Uyğur, Qırğız və digər qədim köklərə malik Türk boyları ilə yaxınlığından xəbər verir. Bunu monqol dilində işlənən bir deyim də təsdiq etməkdədir. Monqollar Tuva Türkləri üçün belə bir ifadə işlədirlər: «Uyğur Keltey ulus» - yəni uyğur dilli millət. Deməli, hələ lap qədim vaxtlardan tuvalılarla uyğurlar bir olmuş, uyğurların yaratdığı böyük mədəniyyət və tarix səhifəsinə yazdığı şanlı qələbələrdə onların da payı olmuşdur.

Tuva Türklərinin qədim dövr tarixi barədə yazılı məlumatları, digər Türk xalqlarında olduğu kimi əski Çin salnamələrindən almaq mümkündür. Çin salnamələrində Tuva Türkləri barədə ilk məlumat III əsrə aiddir. Haqqında söhbət açdığımız Çin salnaməsində göstərilir ki, Tuva türkləri 261-ci ildə dövlət qurdular, 310-cu ildə Şimali Çini zəbt etdilər. Onlar Siyənbi Türklərinin bir qolu idi. Salnaməçi axırda qeyd edir ki, btün Şimali Çin 550-ci ilə qədər onların hakimiyyəti altında qaldı. VII əsrə aid başqa bir Çin qaynağı ibtidai vəziyyətdə yaşayan bir «Dubo» qövmündən bəhs edir. VII əsrə aid olan bu Çin mənbəsindən onu da öyrənirik ki, adı çəkilən bu «Dubo» qövmü 647-ci ildə Çin sarayına bir nümayəndə heyəti göndəribmiş Çinli müəllifin haqqında söhbət açdığı Dubo qövmünün indiki Tuva ərazisində yaşadıqları da onun təsvirindən məlum olur. Onda «dubo» sözünün «tuba» adının Çincə fonetik bir variantı olduğu anlaşılır və salnamədə Tuva Türklərindən bəhs edildiyi şübhə yeri qoymur. Hər halda ibtidai vəziyyətdə yaşayan Dubolar Çinin şimalında hökm sürən Tobaların ana vətəndə qalan qismi olduğunu güman etmək daha yerinə düşür. Tuva- urenxalar Böyük Moğol imperatorluğu qurulduqdan sonra həmişə moğullara qonşu olaraq yaşamış, onların idarələri altında olmuşdular. Bununla yanaşı, daxili işlərində müxtariyyətlərini saxlayırdılar.

Tuva ləhcəsi Altay Türklərindən Sağay, Karaqaz və Koybal ləhcələrinə yaxındır. Radlof’un təsnifinə görə «Şərqi Türk ləhcələri» qrupuna daxildir. Əski Türkcə sözün əvvəlində gələn «y» səsi urenxa dilində «ç»-yə, Qırğızcada «c»-yə, Yakutcada «s»-yə çevrilir. Məsələn yox əvəzinə çok, yeddi əvəzinə çedi, yer əvəzinə çer və s. Tuva Türklərinin ləhcələrində xarakterik keyfiyyətlərdən biri də samitlə başlayan sözlərdə cingiltili samit yerinə kar samitin işlənməsidir: dağ yerinə tağ, bir yerinə pir, gəl əvəzinə kəl və s. Türk dillərinin böyük əksəriyyəti üçün başlıca fonetik qanuna uyğunluq sayılan ahəng qanunu Urenxayca’da əsas şərtdir. Bunlarla bərabər isimdən sifət düzəldən – lı, -li şəkilçisi Qazax-Qırğız, Noğay, Başqurd, Altay- Yenisey Türk ləhcələrində olduğu kimi –lığ- şəklində işlənir və bəzi səsdərdən sonra, fonetik qaydalara uyğun olaraq «L» səsi d, t, n səslərinə keçir: atlığ-atdığ, kolluğ- kolduğ və s.

Tuva Türkcəsini daha aydın duymaq üçün bir-iki cümlə nümunə gətirsək yerinə düşər: Kunduz suğluğ çerde polar, yəni qunduz sulu yerdə olar. Başqa bir misal: Toy polza ır ırlar, arağa içər, çay içər. Bu cümlənin də anlamı belədir: Toy olsa ır- yəni mahnı oxuyar, arağa içər – araq içər, çay içər. Göründüyü kimi Tuva ləhcəsini anlamaq bizim üçün olduqca asandır. Bu, hardasa Azərbaycan’ın bir bölgəsinin ləhcəsini başqa bölgə tərəfindən necə anlaşılmasına bərabərdir.

Proqramımızın sonunda qısa da olsa Tuva Türklərinin dini inancları barədə məlumat vermək istəyirik. Tuvalılar rəsmən Buddist- Lamaist hesab olunsalar da, əski dinî inancları olan Tanrıçılığı, yəni Şamanlığı hələ də mühafizə etməkdədirlər. Əslində Tuvalıların dini Altay – Yenisey Tanrıçılığı ilə Lamaizm’in qarışığından ibarət bir dindir. Monqol rahibləri əsrlər boyu Şamanlığa qarşı təbliğat apararaq, Tanrıçılıq inancına tapınanları təqib etsələr də Tuvalıları öz əski dədə-baba inanclarından ayıra bilməyiblər. Tuva xalqı bu təqiblərə rəğmən öz əski ayinlərini budda dini pərdəsi ilə örtərək icra etməkdən çəkinməmişlər. Dağ qurbanı, Su qurbanı, Tanrıya qurbanlar, Oba qurbanı şaman inanclarından gələn ayinlərdir ki, bu gün də eyni qaydada keçirilməkdədir. Kamların, şamanların Türk dilinin yaşamasında, həm qara camaat, həm də kübar cəmiyyət içində daimi işlək bir dil olmasında böyük xidmətləri olmuşdur. Monqol-darxatlar belə Şaman ayinlərinə qatılaraq öz ilahilərini nümayiş etdirmişlər. Üç tərəfdən Monqollarla əhatə olunmuş, əsrlərcə Çin – Monqol işğalı altında yaşamaq məcburiyyətində qalmış başqa Türk boylarına nəzərən ibtidai sayılan Urenxa – Tuvaların öz dil və əski inanclarını yaşatması, bu günə qədər mühafizə etməsi Türk irqinin, Türk dilinin böyük potensialını və yaşama qüdrətini göstərməkdədir.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr