Qarabağ Muğam Qrupu və Mövlana Səma Rəqsləri hər kəsi heyran etdi

Türkiyə, Azərbaycan və TÜRKSOY-un bayraqları

  Azərbaycan Muğam Sənəti və Mövləvi Səma Rəqslərinin BMT-nin Yunesko (UNESCO) təşkilatının Qeyri-Maddi İrs Siyahısına salınmasının 10 illiyi münasibətilə bağlı Türkiyənin paytaxtı Ankarada Cumhurbaşkanlığı Simfonik Orkestr Salonunda möhtəşəm konsert proqramı təqdim olundu.

  Konsertin birinci hissəsində Azərbaycan və Türkiyə seyrçiləri Türkiyəninn Beynəlxalq Mövlana Cəmiyyətinin (Uluslar arası Mevlana Vakfı) Səma Qrupunun kompozisiya-proqramına tamaşa etdi.

  Azərbaycan Respublikasının Xalq artisti, xanəndə Mənsum İbrahimovun tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov və nağarada Kamran Kərimovun müşayətilə oxuduğu Azərbaycan xalq və bəstəkar mahnıları, sonda isə “Qarabağ şikəstəsi” ilə bütün qonaqların hərarətli alqışlarına səbəb oldu.


Etiketlәr: Qarabağ Muğam Qrupu - Ankara , Mövlana Səma Rəqsləri