Rusiya prezidenti Şimali Koreya başçısına avtomobil bağışladı

Modeli deyilməyən avtomobili Kimin bacısı Kim Yo Conq və Fəhlə Partiyası Mərkəzi Komitəsinin katibi Pak Çen Çon qəbul edib

2104648
Rusiya prezidenti Şimali Koreya başçısına avtomobil bağışladı

 

 

  Rusiya prezidenti Vladimir Putin Şimali Koreya başçısı Kim Çen İnə Rusiya istehsalı olan avtomobil hədiyyə etdi.

  Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) yazdığına görə, Putin xüsusi dostluq əlaməti olaraq Kimə şəxsi istifadəsi üçün Rusiya istehsalı olan avtomobil bağışlayıb.

  Modeli deyilməyən avtomobili Kimin bacısı Kim Yo Conq və Fəhlə Partiyası Mərkəzi Komitəsinin katibi Pak Çen Çon qəbul edib.

  Kim Yo Conq bu hədiyyənin iki ölkə başçısı arasında xüsusi əlaqənin göstəricisi olduğunu bildirib və qardaşının Rusiya prezidentinə təşəkkürünü çatdırıb.

  Şimali Koreya başçısı 2023-cü ilin sentyabrında Rusiyaya səfəri zamanı Putinin şəxsi “Aurus Senat” limuzininə minmişdi. Bu səfərdən sonra iki ölkə arasında münasibətlər daha da yaxşılaşıb.



Әlaqәli Xәbәrlәr