Yaşlı qadın 2,8 milyon dollarlıq sərvətini pişik və itlərinə qoymaq qərarına gəlib

Çində yaşlı qadın 2,8 milyon dollarlıq sərvətini uşaqlarının əvəzinə pişik və itlərinə qoymaq qərarına gəlib.

2093718
Yaşlı qadın 2,8 milyon dollarlıq sərvətini pişik və itlərinə qoymaq qərarına gəlib

Çində yaşlı qadın 2,8 milyon dollarlıq sərvətini uşaqlarının əvəzinə pişik və itlərinə qoymaq qərarına gəlib.

Yaşlı qadın bildirib ki, buna səbəb ev heyvanlarının yanında olarkən uşaqlarının heç ona baş çəkməməsi olub.

Çinin Şanxay şəhərində yaşayan qadın qocalığında uşaqlarının ona laqeyd yanaşması və ev heyvanlarının qarşılıqsız yoldaşlıq təklif etməsi səbəbindən vəsiyyətini dəyişib.

Çində heyvanlara birbaşa mirasın qarşısını alan hüquqi çətinliklərə görə yerli baytarlıq klinikası mirasın idarəçisi təyin edilib.

Xatırladaq ki, 2007-ci ildə ABŞ-da oxşar hadisə baş vermişdi.

Turizm operatoru Leona Helmsley Malta iti Troubleın sağlamlığı üçün etimad fonduna 12 milyon dollar vəsiyyət edib.



Әlaqәli Xәbәrlәr