Varlılar və kasıblar arasındakı uçurum daha da dərinləşib

Son illərdəki böhranlar və müharibələr bütün dünyada varlılar və kasıblar arasındakı uçurumu daha da dərinləşdirib.

2088966
Varlılar və kasıblar arasındakı uçurum daha da dərinləşib

Son illərdəki böhranlar və müharibələr bütün dünyada varlılar və kasıblar arasındakı uçurumu daha da dərinləşdirib.

Beynəlxalq xeyriyyə təşkilatı "Oxfam"ın araşdırmasına görə, dünyanın beş ən varlı adamı (hamısı kişilərdən ibarət) - 2020-ci ildən bəri sərvətlərini iki dəfədən çox artırıblar.

Ən yoxsul 60 faiz təşkil edən təxminən beş milyard insan daha da yoxsullaşıb.

"Oxfam"ın məlumatına görə, ən varlı beş adam 2020-ci ildən bəri saatda orta hesabla 14 milyon dollar qazanıb.

Onların sərvəti 2020-ci ildə 405 milyard dollardan 869 milyard dollara yüksəlib.

Bütün milyarderlərin ümumi sərvəti inflyasiyanın sürətindən üç dəfə çox artıb.

Ən yoxsul 60 faiz təşkil edən 4,77 milyard insan 2020-ci ildən bəri 20 milyard dollar sərvət itirib.

"Oxfam"ın araşdırmasına görə, 791 milyon işçinin maaşı inflyasiya ilə ayaqlaşa bilməyib.

Orta hesabla onların hər biri iki il ərzində demək olar ki, bir aylıq maaşını itirib.



Әlaqәli Xәbәrlәr