2023-cü il son 125 min ilin ən isti ili olacaq

Avropa İttifaqı Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) çalışan alimlər bildiriblər ...

2062181
2023-cü il son 125 min ilin ən isti ili olacaq

 

  Avropa İttifaqı Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) çalışan alimlər 2023-cü ilin son 125 min ilin ən isti ili olacağının "demək olar ki, dəqiq olduğunu" bildiriblər. Onların müşahidələrinə görə, 2023-cü ilin oktyabr ayı isti hava temperaturu məlumatları 2019-cu ilin ən isti oktyabr ayı rekordlarını alt-üst edib.

  Kopernik İqlim Dəyişikliyi Xidmətinin direktoru Samanta Berces (Samantha Burgess) 2023-cü ilin oktyabr ayı anormal temperaturunu "həddindən artıq" adlandıraraq deyib: “Bu həddindən artıq temperaturun artması Sakit Okeanın şərqində səth sularının istiləşməsinə səbəb olan El Nino iqlim modeli və davam edən istixana qazı emissiyalarının birləşməsinin nəticəsidir.

  2023-cü ilin oktyabrında havanın orta temperaturu 1850-1900-cü illərin oktyabr ayı ilə müqayisədə 1,7 dərəcə yüksək olub.

  1940-cı ilə aid məlumat dəstlərimizi Hökumətlərarası İqlim Dəyişikliyi Paneli (İPCC) ilə birləşdirdiyimiz zaman 2023-cü ilin son 125 min ilin ən isti ili olacağını söyləyə bilirik."



Әlaqәli Xәbәrlәr