Venesiya şəhərə bir günlük gələn turistlərdən giriş pulu almağa hazırlaşır

Təcrübə il boyu 30 ayrı gün içində aparılacaq və giriş haqqı 5 avro olacaq

2034397
Venesiya şəhərə bir günlük gələn turistlərdən giriş pulu almağa hazırlaşır

 

  İtaliyada Venesiya bələdiyyəsi 2024-cü ildə şəhərə bir günlük gələcək turistlərdən giriş pulu almağa hazırlaşır. Bələdiyyədən verilən yazılı açıqlamaya görə, bələdiyyə rəhbərliyi şəhərdəki turist sıxlığının qarşısını almaq üçün 2024-cü ildə turist sayının ən yüksək olacağı günlərdə qonaqlardan giriş haqqı tələb edəcək. Təcrübə il boyu 30 ayrı gün içində aparılacaq və giriş haqqı 5 avro olacaq.

  Şəhər sakinləri, işçilər, tələbələr, 14 yaşdan kiçik uşaqlar və idman tədbirlərinə gedənlər yoxlamadan azad sayılırlar.

  Bələdiyyə şurasına göndərilən qərar təsdiq olunmaq üçün sentyabrın 12-də müzakirəyə çıxarılacaq.

  Venesiya bələdiyyə sədri Luiqi Bruqnaro yeni tətbiqin şəhərin bağlanması demək olmadığını, müəyyən dövrlərdə turist sıxlığını tənzimləmək lazım olduğunu söyləyib.

  Xatırladaq ki, bundan əvvəl də Venesiyada oxşar təcrübələr gündəmə gətirilib, amma müxtəlif səbəblərdən həyata keçirilməsi alınmayıb.

  Qeyd edək ki, kanallar üzərində qurulmuş tarixi Venesiya şəhəri hər il milyonlarla turisti qəbul edir.



Әlaqәli Xәbәrlәr