Zonguldak - Tios qədim şəhəri

Qayığımız bu gün sərnişinlərini Qara dənizin sənaye şəhəri Zonquldakın təbii gözəlliklərinə aparacaq.

2031308
Zonguldak - Tios qədim şəhəri

Zonguldak - Tios qədim şəhəri

Dənizdə olmağı və dənizdə səyahət etməyi sevənlər, qayığımız "Gezgin"lə səyahətə hazırsınızmı? Qayığımız bu gün sərnişinlərini Qara dənizin sənaye şəhəri Zonquldakın təbii gözəlliklərinə aparacaq. Zonguldak Türkiyenin ən uzun mağaralarından birinə, nadir quşlara ev sahibliyi edən deltaya, dünyanın ən qədim qaraçöhrə ağaclarından birinə və trekking üçün bənzərsiz kanyonlara malikdir. Zonguldakda bizi gözləyənlər təkcə bunlar deyil. Çox sözə ehtiyac olmadan bu təbiət möcüzələrini öz gözlərimizlə görmək üçün yola düşəyin.

Bu gün səyahətimizə Zonguldakın mərkəzinə çox yaxın olan Gökgöl mağarasından başlayırıq. Bura Türkiyenin ən uzun mağaralarından biridir. Mağarada stalaktitlər, stalaqmitlər və yeraltı çayı var. Gökgöl mağarası müxtəlif rənglərdə işıqlandırması, şüşə körpüləri və əlillər üçün nəzərdə tutulmuş gəzinti yolları ilə diqqət çəkir. Gökgöl mağarası temperatur və rütubətin çox dəyişməməsi səbəbindən mikroiqlim xüsusiyyətinə malikdir. Bu xüsusiyyətinə görə Zonguldakdakı bu mağara tənəffüs xəstələri tərəfindən rəğbətlə qarşılanır və sağlamlıq turizmində önə çıxır. İndi gəlin mağaranın içinə keçək və təbiətin zəhməti ilə yüz minlərlə, hətta milyonlarla il ərzində formalaşan bu təsirli və estetik formasiyalara nəzər salaq.

İndi Zonquldakın Alaplı mahalına üz tuturaq. Çünki Alaplıdakı Gümeli Təbiət Abidəsində görməli çox özəl bir şey var. Bu 4100 ildən çox yaşı olan qaraçöhrə ağacıdır! Beləliklə, dünyanın dörd min ildən çox şahidi olan qoca və müdrik bir ağac! Bu ağac təkcə Türkiyedə deyil, dünyanın ən yaşlı qaraçöhrə ağacıdır! Və o, dünyada aşkar edilmiş ən qədim beş ağacdan biri olmaq xüsusiyyətinə malikdir! Sizcə də heyrətamiz deyilmi? Bir çox mədəniyyətdə qaraçöhrə ağacının əbədi həyatı simvolizə etdiyi düşünülür, çünki onun budaqları yerin altına gedib kök sala bilir. Onu ölüm və dirçəliş simvolu kimi qəbul edən mədəniyyətlər də var, həyat ağacı olduğunu iddia edən mədəniyyətlər də. Qaraçöhrə ağacı Qədim Yunan mifologiyasında müqəddəs bitki kimi təsvir edilir; Məşhur tibb alimi İbn Sinanın kitabına dərman kimi yer alıb.

İndi qayığımıza minib Filyosa doğru irəliləyək. Filyos mavi suları və çimərlikləri ilə turistləri özünə cəlb edən gözəl yerdir. Bundan başqa, Qara dənizin sahilində qazılmış ilk və yeganə qədim şəhər olan Tios da burada yerləşir. Şəhər qədim zamanlarda Ballaiosun, yəni indiki Filyos çayının dənizə qovuşduğu yerdə qurulub. Tios münbit torpaqları, çay və dəniz nəqliyyatı sayəsində ticarət mərkəzinə çevrilib. Burada aparılan qazıntılardan sonra Roma, Bizans və Orta əsrlərə aid qalıqlar gün üzünə çıxarılıb. Gəlin bu xarabalıqlara daha yaxından nəzər salaq. Şəhər divarlarının, teatrın, su kəmərinin və türbələrin qalıqlarını görə bilərsiniz. Bundan əlavə, davam edən qazıntılar zamanı Roma dövrünə aid olduğu düşünülən məbədin bünövrəsi, Bizans dövrü kilsə quruluşu, heykəl parçaları, sikkələr, monumental kvadrat fəvvarəyə aid olduğu düşünülən qalıqlar və asfaltlanmış yolun bir hissəsi aşkar edilib. Mütəxəssislər yerin altında meydanı, hamamı, dükanları və evləri ilə böyük bir şəhər olduğunu düşünür və bu qazıntıların bölgənin tarixi ilə bağlı mühüm məlumatlar təqdim etdiyini bildirirlər.

Madam bura qədər gəlmişik, yarım saatlıq məsafədəki mozaikaları görmədən getməyək. Çünki Kadıoğlu mozaikaları Zeuqma mozaikalarına bənzədilir. Roma dövrünə aid olduğu deyilən və çox məharətlə döşənən bu mozaikalarda ov səhnələrini və heyvan mübarizələrini görəndə həm təəccüblənəcək, həm də heyrətlənəcəksiniz.

Zonguldakda şəlalələr, mağaralar, təbiət abidələri kimi görməli yerlər çoxdur. Həvəskarlara deyək ki, Dirgene çayının rafting üçün çox uyğun bir marşrut olduğunu deyək və yeni kəşflərə yelkən açmaq üçün "Gezgin" adlanan qayığımıza qayıdaq.



Әlaqәli Xәbәrlәr