Avstraliyanın qərbində 51 balina ölüb

Avstraliyanın qərbində kütləvi şəkildə quruya çıxan 51 balinanın öldüyü açıqlanıb.

2016195
Avstraliyanın qərbində 51 balina ölüb

Avstraliyanın qərbində kütləvi şəkildə quruya çıxan 51 balinanın öldüyü açıqlanıb.

Qərbi Avstraliya Parklar və Vəhşi Təbiət Xidmətindən verilən açıqlamada Perth əyalətindəki Ceynes çimərliyində 51 balinanın quruya çıxaraq öldüyü, qalan 46 balinanın geri qaytarılması üçün könüllülər və təşkilatlarla birgə iş aparıldığı bildirilib. 

Balinaların güclü sosial əlaqələri olduğu bilinir. Dəniz mütəxəssislərinin fikrincə, əgər bir balina çətinliklə qarşılaşsa və quruya çıxsa, onu digər balinalar izləyir.

Avstraliya və qonşusu Yeni Zelandiya hər iki ada ölkəsini əhatə edən dərin okeanlarda yaşayan böyük balina (Qrind) koloniyaları səbəbindən balinaların kütləvi şəkildə sahilə çıxması üçün potensial yerlər kimi tanınır.


Etiketlәr: #qrind , #balina

Әlaqәli Xәbәrlәr