Yaponiyada ən hündür göydələn “Azabudai Hills Mori JP Tower” oldu

“Mori Building Co” şirkətinin bildirdiyinə görə...

2008413
Yaponiyada ən hündür göydələn “Azabudai Hills Mori JP Tower” oldu

 

  Yaponiyada tikintisi başa çatan 330 metrlik “Azabudai Hills Mori JP Tower” ölkənin ən hündür göydələni oldu.

  “Mori Building Co” şirkətinin bildirdiyinə görə, Tokionun Minato rayonunda "Azabudai Hills Mori JP Tower" binasının tikintisi başa çatıb.

  Yaponiyanın ən hündür göydələni olaraq qeydə alınan yeni bina yerin altında 5, üstündə isə 64 mərtəbədən ibarətdir.

  Göydələnin yuxarı mərtəbələrində Avropada yerləşən “Aman Resorts” otellər şəbəkəsi ilə lüks rezidensiyalar var.

  “British School” filialı və Keyo Universiteti Sağlamlıq İnstitutunun yerləşdiyi göydələndə pərakəndə satış mağazaları, şirkət nümayəndəlikləri və restoranlar yerləşir.

  Sözügedən göydələn tamamlanmamışdan əvvəl Osaka metropolitenindəki 300 metrlik "Abeno Harukas" ölkənin ən hündür binası idi.

  Tokio stansiyası yaxınlığında “Mitsubishi Estate Co” şirkətinə məxsus 390 metrlik göydələnin tikintisinin isə 2027-ci ildə başa çatdırılması gözlənilir.



Әlaqәli Xәbәrlәr