Türkiyenin Van şəhərindəki pişik bağçasına turist axışır

Türkiyenin Van şəhərinə gələn turistlər ilk olaraq Van Pişik Bağçasını ziyarət edirlər.

1960740
Türkiyenin Van şəhərindəki pişik bağçasına  turist axışır
van kedisi.jpg
van kedisi.jpg

Vanda mühafizə altında saxlanılan Van pişikləri yerli ziyarətçilərlə yanaşı xarici turistlərin də diqqətini çəkir. Dostluğu, ağ tükü, uzun və tüklü quyruğu və bir-birindən fərqli olan göz rəngləri ilə şəhərin ən əhəmiyyətli dəyərlərindən biri olan Van pişiyi diqqətlə qorunur. Bir çox ölkədən turistlərin baş çəkdikləri yerlərdən biri olan Van Pişik Evi həftədə mindən çox ziyarətçi qəbul edir.

Yaponiyanın Osaka şəhərindən turistlər Van Pişik Bağçasını ziyarətləri zamanı heyran qalıblar. Pişiklərlə yaxından maraqıb fotolar çəkdiriblər. Van pişiklərini ilk dəfə bu qədər yaxından gördüklərini ifadə edən yapon turistlər Van pişiyinin çox mehriban olduğunu və buna görə də digər pişiklərdən daha çox diqqət çəkdiyini deyiblər.



Әlaqәli Xәbәrlәr