ABŞ-da subay gənclərin sayında rekord artım qeydə alınıb

ABŞ-da gənc kişilərin 60, qadınların isə 50 faizindən çoxu subay yaşayır.

1950432
ABŞ-da subay gənclərin sayında rekord artım qeydə alınıb

The Hill internet saytının PEW Araşdırma Mərkəzi başda olmaqla müxtəlif sorğu məlumatlarına əsaslanaraq hazırladığı hesabatda ABŞ əhalisi arasında gənc kişi və qadınların sosial vəziyyətinə toxunulub.

Bildirilir ki, ölkədəki 18-29 yaş arası kişilərin 63, eyni yaş qrupunda olan qadınların isə 34 faizi subaydır. Xüsusilə yeni növ koronavirus (Covid-19) epidemiyası dövründən sonra gənclər arasında sosial münasibətlərin azaldığına diqqət çəkilib və bunun da subay qalmağı seçim edənlərin sayının artmasına səbəb olduğu vurğulanıb.



Әlaqәli Xәbәrlәr