Xorvatiyada Ümumdünya Qalstuk Günü tədbiri keçirildi, çünki…

ilk dəfə 1600-cü illərin ortalarında Xorvatiyada təsadüf edilən qalstuk hələ də dünyada milyonlarla adam tərəfindən xüsusilə iş və rəsmi görüşlərdə istifadə olunur

1894609
Xorvatiyada Ümumdünya Qalstuk Günü tədbiri keçirildi, çünki…
Dünya Kravat Günü.jpg

 

  Xorvatiyanın paytaxtı Zaqrebdə Ümumdünya Qalstuk Günü tədbiri keçirilib.

  Xorvatiyada 2008-ci ildən etibarən hər il oktyabrın 18-də qeyd olunan Ümumdünya Qalstuk Günü çərçivəsində paytaxt Zaqrebdə mərasim təşkil olunub.

  Camaatın sıx olduğu bu tədbirdə tarixdə ilk dəfə Xorvatiyada istifadə edilən qalstukun ilkin variantı paytaxtdakı Ban Yelaçiç heykəlinə taxılıb.

  Qeyd edək ki, ilk dəfə 1600-cü illərin ortalarında Xorvatiyada təsadüf edilən qalstuk hələ də dünyada milyonlarla adam tərəfindən xüsusilə iş və rəsmi görüşlərdə istifadə olunur.



Әlaqәli Xәbәrlәr