İsveçrədə "birlikdə duş qəbul edin" çağırışına reaksiya

“Tages-Anzeiger” qəzetinə verdiyi müsahibədə nazir deyib...

1880442
İsveçrədə "birlikdə duş qəbul edin" çağırışına reaksiya

 

  İsveçrədə qış aylarında yaşanacaq enerji böhranına qarşı pula qənaət etmək üçün "birlikdə duş qəbul edin" çağırışına münasibət bildirən federal ətraf mühit, nəqliyyat, enerji və kommunikasiyalar naziri Simonetta Sommaruqa bu fikri müdafiə etdiyini bildirib.

  “Tages-Anzeiger” qəzetinə verdiyi müsahibədə nazir deyib: “Müəyyən yaşdan etibarən iki nəfərlik duşun hamını sevindirmədiyini bilirəm, lakin tövsiyələrin doğru olduğuna inanıram.

  Federal hökumət qənaət kampaniyasına başlayandan sonra həyat tərzi dəyişir.

  İşıqları söndürmək üçün indi xüsusilə diqqətli olmaq lazımdır. Hər bir ofis binasında bir neçə rozetka var. İşçilər işlərini bitirdikdən sonra bir düyməni basmaqla cihazlarını söndürə bilərlər.

  Elektron cihazları və işıqların lüzumsuz istifadə edilməməli, soyuducular üçün çox aşağı olan temperaturdan qaçınılmalı və cütlər birlikdə duş almalıdır”.

  Qeyd edək ki, İsveçrə hökuməti qış mövsümündə enerji problemi fövqəladə həddə çatarsa, qənaət tədbirlərini həyata keçirməyənlər həbs cəzası alacağı xəbərdarlığını edib.

  Təbii qaz böhranı zamanı evlərdə otaqların temperaturunun 19, isti suyun səviyyəsinin isə 60 dərəcə ilə məhdudlaşdırılacağı bildirilib.



Әlaqәli Xәbәrlәr