ABŞ-da orta ömür uzunluğunda dəyişiklik

BBC-nin xəbərinə görə...

1874803
ABŞ-da orta ömür uzunluğunda dəyişiklik

 

  ABŞ-da orta ömür uzunluğu 1996-cı ildən bəri ən aşağı səviyyəsinə enərək “Covid-19” epidemiyası ilə bağlı azalmağa davam edib.

  BBC-nin xəbərinə görə, ABŞ-da rəsmi rəqəmlər 2019-cu ildən bəri orta ömür uzunluğunun 79-dan 76,1-ə endiyini göstərir.

  Statistikalar 2019-2020-ci illər arasında orta ömür müddətində azalmanın 74 faizinin, 2020-2021-ci illər arasında isə 50 faizinin “Covid-19” epidemiyası ilə bağlı olduğunu qeyd edir.  

  ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) koronavirusun ömür uzunluğunun azalmasında ən mühüm faktor olduğunu bildirsə də, ürək xəstəliyi, xroniki qaraciyər xəstəliyi, siroz və intiharlardan da ölümlərin az olmadığını açıqlayıb.

  ABŞ-da orta ömür uzunluğunun azalması yerli amerikalılar ilə Alyaska yerlilərində xüsusilə nəzərə çarpır. 2019-cu ildən bu qrupda orta ömür uzunluğu 6,6 il azalıb.

  CDC statistikası kişilər və qadınlar arasında orta ömür uzunluğundakı fərqləri nəzərə çatdıraraq kişilərdə bunun 1 il azalaraq 2021-ci ildə 73,2, qadınlar üçünsə 10 ay qısalaraq 79,1-ə düşdüyünü bildirib.

 



Әlaqәli Xәbәrlәr