İlk qaradərili prezidentin kəməri oğurlanıb

Xatrıladaq ki, qara dərili boksçu Rey Leonard Cənubi Afrika Respublikasına səfəri zamanı Nelson Mandelaya boks üzrə dünya çempionluğu kəmərini hədiyyə etmişdi

1855219
İlk qaradərili prezidentin kəməri oğurlanıb

 

  Məşhur amerikalı boksçu Şuqar Rey Lenardın (Suqar Rey Leonard) demokratik seçkilərlə hakimiyyətə gələn Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti Nelson Mandelaya hədiyyə etdiyi boks üzrə dünya çempionluq kəməri oğurlanıb.

  Qautenq (Gauteng) əyalət polisinin sözçüsü, polkovnik Dimakatso Sello tərəfindən verilən açıqlamada əfsanəvi boksçu Ş.R.Leonardın N.Mandelaya hədiyyə etdiyi kəmərin iyulun əvvəlində Yohannesburq şəhərinin Soueto (Soweto) rayonundakı muzey evindən oğurlandığı bildirilib. O, hadisə ilə bağlı araşdırmalara başlanıldığını deyib.

  Xatrıladaq ki, qara dərili boksçu Rey Leonard Cənubi Afrika Respublikasına səfəri zamanı Nelson Mandelaya boks üzrə dünya çempionluğu kəmərini hədiyyə etmişdi. Uzun illər bu kəmər Mandelanın Soueto şəhərindəki məşhur Vilekazi küçəsindəki muzey evində nümayiş olunurdu.

  Qeyd edək ki, 1948-1994-cü illərdə Cənubi Afrikanı idarə edən ağdərili aparteid rejiminə qarşı mübarizədə həyatının 27 ilini həbsxanalarda keçirən Nelson Mandela həbsdən çıxdıqdan sonra 1994-cü ildə ölkənin ilk qaradərili prezidenti seçilib.

  Cənubi Afrikanın azadlıq simvollarından biri sayılan və ölkəni 1994-1999-cu illərdə idarə edən N.Mandela 2013-cü ildə 95 yaşında vəfat edib.



Әlaqәli Xәbәrlәr