Xarici və yerli turistlər Palandöken xizək mərkəzinə axışır

Türkiyənin və dünyanın ən əhəmiyyətli xizək mərkəzləri arasında iştinak edən Ərzurumdakı Palandökendə yerli və xarici turistlər üçün coşqulu tədbirlər təşkil edilir.

1777959
Xarici və yerli turistlər Palandöken xizək mərkəzinə axışır

Qar yağışına əlavə olaraq süni qar sistemi ilə də dekabr ayında mövsümə hazır olan Palandöken Kayak Mərkəzi, bənzərsiz təbii gözəllikləri və uzunluğu 1,1 ilə 14 kilometr arasında olan 56 xisək sahəsi ilə xizəksevərlərə təhlükəsiz tətil fürsəti təqdim edir.

Ərzurum Hava Limanından 20 kilometr, şəhər mərkəzindən isə 4 kilometr məsafədə yerləşən Palandökenə axışan turistlər gecələr işıqlı yollarda şam ağacları arasında fasiləsiz xizək sürməkdə olmaqla bir-birindən əyləncəli tədbirlərə qatılırlar. Epidemiya qaydalarına riayət edilən hotellərdən möhtəşəm istirahət imkanı əldə edirlər.



Әlaqәli Xәbәrlәr