Dünyanın әn böyük qara almazı 3 milyon 161 min funt sterlinqә satılıb

Dünyanın әn böyük qara almazı olan ‘‘Enigma’’ 3 milyon 161 min funt sterlinqә satılıb.

1776496
Dünyanın әn böyük qara almazı 3 milyon 161 min funt sterlinqә satılıb

Dünyanın әn böyük qara almazı olan ‘‘Enigma’’ 3 milyon 161 min funt sterlinqә satılıb.

Böyük Britaniyanın “Sotheby's” hərrac evi dünyanın ən böyük qara almazını auksiona çıxarıb.  Londonda sərgilənən “Enigma” adlı 555,55 karatlıq qara almazın içərisində qiymətli daşlar olan asteroidin 2,6-3,8 milyard il əvvəl yer üzünə düşməsi nəticəsində əmələ gəldiyi düşünülür. Mәlumata görә, almaz kripto valyuta ilә alınıb. Almazı alan şәxsin adı açıqlanmayıb.

1990-cı illərdə keçmiş sahibi tərəfindən satın alınarkən xam halında çəkisi 800 karat olan “Enigma” üç illik emaldan sonra son formasını alıb. Yaxın Şərqdən ilhamlanaraq hazırlanan, xurma şəklində kəsilmiş “Enigma”nın təxminən 3-5 milyon funt sterlinqə alıcı tapacağı gözlənilirdi.

Amerika Gemoloji İnstitutu tәrәfindәn dünyanın әn böyük qara almazı olaraq adlandırılan vә 2006-cı ildә Ginnesin ‘‘Rekordlar’’ kitabına düşәn ‘‘Enigma’’ adlı almaz dünyanın әn gözәl almazları arasında yer alır.



Әlaqәli Xәbәrlәr