Alyaskada temperatur rekord qırıb

Amerika Birləşmiş Ştatlarında (ABŞ) Alyaskanın cənubundakı Kodiak adasında temperatur rekord seviyyəyə çatıb.

1754104
Alyaskada temperatur rekord qırıb

Mütəxəssislərə görə regionda iqlim dəyişikliklərinin təhlükəli yağıntılara səbəb olacağını proqnozlaşdırırlar. Buna dekabr ayında gündüz temperaturun 15,5 dərəcədən yüksək olması səbəb göstərilib.

Alyaska İqlim Qiymətləndirmə və Siyasət Mərkəzinin mütəxəssis alimi Rik Thoman, Kodiak adasında temperaturun bazar günü 19,4 dərəcəyə qədər çatdığını, bunun dekabr ayında Alyaskada indiyə qədər qeydə alınan ən yüksək səviyyə olduğunu bildirib. Thoman xatırladıb ki, əvvəlki rekordlar Kodiak hava limanında 18,3 dərəcə, Cold Baydakı Alyaska yarımadasında isə 16,6 dərəcə olub. Thomanın sözlərini görə insanlar üçün ən ciddi problemin Alyaskada yağıntının çox olmasıdır.



Әlaqәli Xәbәrlәr