ABŞ-da hər il 30-40 min məhkum İslamı seçir

Xatırladaq ki, ABŞ həbsxanalarında müsəlman olmağı seçən çox sayda məşhur insan da var

1736194
ABŞ-da hər il 30-40 min məhkum İslamı seçir

 

  Amerika Birləşmiş Ştatları həbsxanalarında hər il 30-40 min məhkum İslamı seçir.

  Aparılan araşdırmalar ABŞ-dakı həbsxanalarda din dəyişdirən məhkumların 80 faizinin müsəlmanlığı seçdiyini göstərir.

  İslamı seçənlərin böyük əksəriyyətini Afrika mənşəli amerikalılar təşkil edir.

  Məhkumlar paklaşma, özü ilə barışma, səhvlərindən uzaqlaşma kimi mövzularda axtardıqları hər şeyi İslamiyyətdə tapdıqlarını söyləyirlər. Kimisi müsəlmanların ailə quruluşu, kimisi isə istimaiyyətdəki həmrəyliyindən bəhs edir.

  İslamın irqçiliyə qarşı duruşu da mühüm faktordur. Xüsusilə, bir sıra Afrika köklü məhkumlar müsəlmanların onları rəngləri və ya etnik mənşələrinə görə uzaqlaşdırmadıqlarını gördükləri üçün bu dini seçdiklərini bildirirlər.

  Xatırladaq ki, ABŞ həbsxanalarında müsəlman olmağı seçən çox sayda məşhur insan da var. Malkolm İks (Malcolm X), ağır çəki üzrə dünya boks çempionları Mayk Tayson (Mike Tyson), Bernard Hopkins, basketbolçu Demetriu Mitçeu (Demetriu Mitchell) və b. həbsxanada İslamı seçən məşhurlar arasındadır. 



Әlaqәli Xәbәrlәr