ABŞ-da 70 illik tədbir 2021-ci ildə ləğv olundu

“Daytona Beach News Journal”ın xəbərinə görə...

1734639
ABŞ-da 70 illik tədbir 2021-ci ildə ləğv olundu

 

  Amerika Birləşmiş Ştatlarının Florida əyalətindəki Seville şəhərində hər il təşkil edilən "Hind toyuğu atəşi" tədbiri bu il hind toyuğu qiymətlərindəki artım səbəbiylə ləğv edilib.

  “Daytona Beach News Journal”ın xəbərinə görə, 70 ildir Təşəkkür Günü ərəfəsində olan və qaliblərə donmuş hind toyuğu hədiyyə edilən yarış 2021-ci ildə hind toyuğu qiymətlərinin ikiyə çıxması üzündən ləğv olunub.

  Qeyd edək ki, hər il təxminən yarım kiloqramı 49-69 sent arası dəyişən hind toyuğunun qiymətləri bu il 1,19 dollara qalxıb və bu səbəbdən 70 ildir təşkil edilən tədbir ləğv etmək məcburiyyətində qalınıb.

  ABŞ-da inflyasiya nisbəti 30 ilin ən yüksək səviyyəsinə qalxıb: ət, toyuq və yumurta qiymətləri son bir ildə təxminən 12 faiz artıb.



Әlaqәli Xәbәrlәr