G-20 Zirvə Görüşünün qazananları və uduzanları

İtaliya qəzetləri liderləri belə dəyərləndirib...

1728469
G-20 Zirvə Görüşünün qazananları və uduzanları

 

  İtaliya mətbuatı paytaxt Romada ötən həftə sonu təşkil edilən G-20 Liderlər Zirvə Görüşünün "qazananı"nın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın olduğundan yazır.

  İtaliyanın yüksək tirajlı qəzetlərindən sayılan “Corriere della Serra” tədbirə qatılan dövlət başçılarını qiymətləndirərkən Ərdoğan üçün "Bütün isti qovluqların axtarılan adı" başlığını atıb.

  Qəzet zirvə görüşü boyu bir çox ölkə başçısının Ərdoğanı görmək və danışmaqda maraqlı olduğuna diqqət çəkərək "Ev sahibiylə birlikdə G-20-nin digər assolisti olan Türkiyə prezidenti ən isti qovluqların vazkeçilməz həmsöhbəti idi" yazıb.

  “La Verita” qəzetində çıxan xəbərdə isə "Əgər bu G-20-nin qalibi varsa, bu, böyük ehtimalla Rəcəb Tayyib Ərdoğandır. Mübaliğəli bir dəyərləndirmədirmi? Deyil. Romadakı zirvə görüşündə Türkiyə prezidenti üç səbəbə görə üstün idi: birincisi, ABŞ prezidenti Co Baydenin (Joe Biden) həm beynəlxalq, həm öz ölkəsində siyasi zəifliyi, ikincisi, Çin və Rusiyanın bu tədbirə qatılmaması, üçüncüsü isə gərgin nöqtələrdə mərkəzi rol oynaması sayəsində Ərdoğan manevr meydanına sahib oldu”.

  “İl Messaggero” qəzetində çıxan digər xəbərdə İtaliyanın baş naziri Mario Draqhinin bəyanatlarıyla geri düşmüş Türkiyə-İtaliya əlaqələrinin bu iki ölkə başçısının tədbir çərçivəsində ikitərəfli görüşüylə yumşaldığı “Bu böhran artıq keçmişdə qaldı: təmir etmək lazım idi, elə də oldu" cümlələri ilə qeyd edilib.

  "Affariitaliani" adlı internet xəbər saytında isə "Bu dəfəki G-20 Zirvə Toplantısı Rəcəb Tayyib Ərdoğan üçün uğurlu keçdi. O həqiqi bir qazanan oldu." Eyni xəbərdə, ev sahibi İtaliya baş nazirinin tədbir boyu bir sıra nəticələr əldə etdiyi, ancaq bunlara Rusiya və Çini daxil edə bilmədiyi, sammitin Fransa prezidenti Emmanuel Makron üçünsə "pis" keçdiyi yazılıb.



Әlaqәli Xәbәrlәr