Uçan motosikletlər satışa çıxarıldı

... Amma qeyd edək ki, Yaponiyadakı mövcud qanunlar uçan motosikletlərin işlək yollarda istifadə edilməsinə icazə vermir

1726300
Uçan motosikletlər satışa çıxarıldı

 

  Yaponiyada bir texnologiya şirkətinin inkişaf etdirdiyi uçan motosiklet satışa çıxarılıb. Bu az sayda motosikletə sahib olmaq üçün 680 min dollar vermək lazımdır.

  Uçan motosikletdə dörd mühərrik var. Tək batareya ilə tam yüklənmə ilə motosiklet 100 kilometr sürətlə qalxıb 40 dəqiqə uca bilir.

  Yaponiya texnologiya və elektrik nəhənglərinin dəstəklədiyi şirkət 2022-ci ilin ortasına qədər tək adamın minəcəyi uçan motosikletlərdən 200 ədəd çıxaracaq. Amma qeyd edək ki, Yaponiyadakı mövcud qanunlar uçan motosikletlərin işlək yollarda istifadə edilməsinə icazə vermir. Bu səbəbdən uçan motosikletlərin hələlik yarış meydanları sahələrində istifadə ediləcək.



Әlaqәli Xәbәrlәr