Avstraliyada iki əsgər timsahın hücumuna məruz qalıb

Avstraliyanın Kap York yarımadasında timsah üzmək üçün suya girən iki əsgəri yaralayıb.

1687937
Avstraliyada iki əsgər timsahın hücumuna məruz qalıb

Avstraliyanın Kap York yarımadasında timsah üzmək üçün suya girən iki əsgəri yaralayıb.

Avstraliya ordusundan iki əsgər Kairnsdən təxminən 800 kilometr şimalda, Kap York yarımadasında üzmək üçün suya girib.

Bölgədə timsahın hücumuna məruz qalan əsgərlərdən biri başından və sinəsindən yaralanıb.

Digər əsgər daha sonra yaralı həmkarına kömək etmək istəyib, ancaq yerli mətbuata görə, o da timsahın hədəfi olaraq qolundan və biləyindən xəsarət alıb.

Müdafiə Nazirliyi əsgərlərin səhhətlərinin stabil olduğunu açıqlayıb.


Etiketlәr: #Avstraliya , #timsah

Әlaqәli Xәbәrlәr