Super Mario oyunu hərracda rekord məbləğinə satılıb

Bir dövrün əfsanə oyunu Super Mario satış rekordları qırmaqda davam edir.

1674764
Super Mario oyunu hərracda rekord məbləğinə satılıb

Bir dövrün əfsanə oyunu Super Mario satış rekordları qırmaqda davam edir.

Yaponiyanın "Nintendo" şirkətinin Super Mario 64 video oyun kartrici ABŞ-ın "Heritage Auctions" hərracında 1,56 milyon dollara satılıb.

Bu barədə ticarət evi öz "Twitter" səhifəsində yazıb.

Ticarətin nəticəsi video oyunlar üçün rekod sayılır. Super Mario 64 oyunu iyulun 9-da 870 min dollara hərraca qoyulmuş "The Legend of Zelda" ("Zelda haqqına əfsanə") oyunun rekordunu qırıb.

1981-ci ildə Marionun adı Jumpman idi. Oyunu ABŞ-da bazara təqdim edən Nintendo xarakterin adını Mario olaraq dəyişdirmişdi. 

Oyun qısa müddət ərzində böyük satış imkanlarına çatmış və bütün zamanların n çox satan oyunları siyahısında ilk yerləri tutmağa başlamışdı. 


Etiketlәr: #Super Mario

Әlaqәli Xәbәrlәr