ABŞ 100-dən çox ölkəyə it gətirməyə 1 illik qadağa qoydu

ABŞ Xəstəliklər İdarəsi və Tədbirlər Mərkəzi (CDC) sözügedən mövzu ilə bağlı bildirib...

1658626
ABŞ 100-dən çox ölkəyə it gətirməyə 1 illik qadağa qoydu

 

  Amerika Birləşmiş Ştatları it ixrac edən 100-dən çox ölkəyə quduzluq riski səbəbindən 1 illik qadağa qoyub.

  ABŞ Xəstəliklər İdarəsi və Tədbirlər Mərkəzi (CDC) quduzluğun hələ də problem olduğunu bildirib: “100-dən çox ölkədən gətirilən itlərin quduzluğa qarşı peyvəndə ehtiyac olduğu, bala olduqları üçün peyvənd edilməyən küçüklərin risk yaratdığını nəzərə alaraq idxala 1 il fasilə veriləcək. Ölkəyə gətirilən küçüklərin sayında son zamanlar sürətli artım olduğundan qərara bu da əlavə olunub ki, ABŞ vətəndaşları öz itlərini başqa ölkələrə apararsa, 6 ay keçmədən geri gətirə bilməyəcək.”

  Beləliklə, ABŞ-a satmaq, sahiblənmək və ya evcil heyvan saxlamaq məqsədiylə gətirilən itlərin sağlam olduğuna əmin olmaq üçün verilən qərar 14 iyuldan qüvvəyə minəcək.



Әlaqәli Xәbәrlәr