Bir oturacaq 28 milyon dollara satıldı

159 ölkədən 7 min nəfər oturacaq üçün hərraca qatıldı

1656964
Bir oturacaq 28 milyon dollara satıldı

 

  Amerikanın e-ticarət nəhəngi “Amazon”un qurucusu Cef Bezos (Jeff Bezos) kosmik səyahətə çıxmaq üçün satılan bir oturacaq üçün 28 milyon dollara alıcı tapdı.

  Bezosa məxsus kosmik turizm şirkəti “Blue Origin” 20 iyulda olacaq səma gəzintisində boş bir yeri hərraca çıxardı: qardaşı ilə Bezosun gedəcəyi kosmik səyahətdə 28 milyon dollara bir yer satdıqlarını açıqladı.

  159 ölkədən 7 min nəfər oturacaq üçün hərraca qatıldı.

  Adamları ilk dəfə kosmosa aparacaq “Blue Origin” üçün yer alan şəxsin adı açıqlanmayıb.

  Qeyd edək ki, Texasdakı Van Horn kosmik bazasından 11 dəqiqəlik fəza səyahətinə 6 sərnişin yollanacaq. Əvvəllər 16 avtomat uçuş həyata keçirən şirkət ilk dəfə insanları kosmosa apacaq.



Әlaqәli Xәbәrlәr