Arı populyasiyası təhdid altında

Cənubi Afrikada arılar arasında yayılan xəstəlik arı populyasiyasını təhdid etməyə başlayıb.

1653082
Arı populyasiyası təhdid altında

Qlobal istiləşmə, ətraf mühitin çirklənməsi və insan faktoruna əlavə olaraq, arılar bir də göbələk xəstəliyi səbəbi ilə tələf olurlar.

NTV bu barədə məlumat yayıb. Bildirib ki, Cənubi Afrikada arılar arasında yayılan AFB xəstəliyi narahatlığa səbəb olub. Məlumata görə 2009-cu ildən bəri ölkədəki arıların üçdə biri ABŞ mənşəli göbələk xəstəliyi səbəbi ilə tələf olub. Elm adamlarına görə arıların azalması nəticəsində dünyadakı canlı növlərinin çoxu məhv olacaq.



Әlaqәli Xәbәrlәr