Hər gün böyüyən çuxur bölgə sakinlərini təşvişə salıb

Səlahiyyətlilər böyüyən çuxurun ətrafında təhlükəsizlik çəmbəri yaradıblar

1651158
Hər gün böyüyən çuxur bölgə sakinlərini təşvişə salıb
meksika obruk.jpg
meksika obruk.jpg
meksika obruk.jpg

 

  Meksikanın ortasında yerləşən bir kənddə ortaya çıxan və gündən-günə böyüyən çuxur bölgə sakinlərini təşvişə salıb.

  Ölkənin Puebla əyalətinin Santa Mariya Zakatepek (Santa Maria Zacatepec) bölgəsində meydana gələn bu çuxur bazar günü (30 may) təxminən 30 metr diametrdə idisə, bazar ertəsi (31 may) 60, çərşənbə axşamı günü 80 metrə çatıb.

  Səlahiyyətlilər böyüyən çuxurun ətrafında təhlükəsizlik çəmbəri yaradıblar.

  Bölgə valisi Miquel Barbosa çuxurun böyüməyə davam edəcəyini və bundan zərər görən insanlara dəstək veriləcəyini bildirib.

  Torpaq araşdırmaları aparan elmi qrup tərəfindən bölgədə bir sıra işlər başlanılıb və bunun 30 günə qədər davam edə biləcəyi söylənilir.



Әlaqәli Xәbәrlәr