Aydın vilayətində 2000 il əvvələ aid su kəməri aşkarlanıb

Türkiyənin Aydın vilayətinin Kuşadası qəsəbəsində Roma dövründə aid 2000 yaşında olduğu təxmin edilən su kəməri aşkarlanıb.

1645208
Aydın vilayətində 2000 il əvvələ aid su kəməri aşkarlanıb

Aydın Arxeologiya Muzeyindən yayılan məlumata görə arxeoloqlar tərəfindən aparılan qazma işləri nəticəsində aşkarlanan su kəmərinin uzunluğu təxminən 50 metr, eni 2,5 metr və hündürlüyü 1,5 metrdir.

Eramızdan əvvəl 1-ci əsrdə inşa edildiyi təxmin edilən su kanalının Erkən Roma dövrünə aid olduğu bildirilir.

Aydın vilayət Mədəniyyət və Turizm Müdiri Dosent Umut Tuncer, söz mövzusu dövrdə Səlcuqlunun hakimiyyətində olan qədim Efes şəhərinin su ehtiyacının bu kəmər ilə təmin edildiyini, bunun ümumilikdə 43 kilometr uzunluqdakı kəmərin hissəsi olduğunu qeyd edib.

 



Әlaqәli Xәbәrlәr