Sultan Süleymanın portreti İngiltərədə rekord qiymətə satıldı

İngiltərənin Sotbis auksion evi tərəfindən təşkil edilən hərracda Osmanlı sultanı Qanuni Sultan Süleymanın portreti 350 min funt sterlinqə satıldı.

1612156
Sultan Süleymanın portreti İngiltərədə rekord qiymətə satıldı

Sotbisin onlayn və telefon üzərindən təşkil etdiyi hərrac yerli vaxtla saat 10: 30-da (Türkiyə vaxtı ilə 12: 30-da) başladı. 183 əsərdən ibarət “İslam Dünyası və Hindistan İncəsənətləri” kolleksiyasında 58-ci sırada iştirak edən portret 60.000 funt sterlinqdən hərraca çıxarılsa da qiymət sürətlə artaraq 350 min Funt Sterlinqə satıldı. Əsəri satın alan şəxs və ya qurumun adı açıqlanmayıb.

Hərracda Möhtəşəm Süleymanın qızı Mihrimah Sultanın 17-ci əsrdə çəkilmiş portreti isə 60 min Funt Sterlinqə satıldı.



Әlaqәli Xәbәrlәr