Siqaret tüstüsü uşaqlarda sağlamlıq riskini artırır

Siqaret tüstüsünə məruz qalan uşaqlarda yüksək qan təzyiqi riski artır

1591323
Siqaret tüstüsü uşaqlarda sağlamlıq riskini artırır

ABŞ-da aparılan və “JAMA Network Open” jurnalında yayımlanan araşdırmanın nəticələrinə görə, tütün tüstüsünə məruz qalan uşaqların 6%-da yüksək qan təzyiqi var. Bu nisbət tüstüyə məruz qalmayan uşaqlarda 4% olaraq qeydə alınıb.

Tədqiqatda tütün tüstüsünə məruz qalanları “siqaret çəkən, siqaret çəkənlə birlikdə yaşayan və ya qanında hər litrədə 0,05 mikrogramdan çox nikotin olan uşaqlar” kateqoriyalarına ayırıb.

New Yorkdakı Montefiore Tibb Mərkəzinin tədqiqatçılarından Dr Rebecca Levy, balaca yaşda siqaret tüstüsünə məruz qalmanın yetkin yaşa qədər davam edən mənfi nəticələrə səbəb ola biləcəyini bildirib. Levy-nin sözlərinə görə siqaret çəkən ailələrin övladlarının gələcəkdə siqaret çəkmələri güçlü ehtimal olunur.

 



Әlaqәli Xәbәrlәr