Almaniyada sürücüsüz avtomobillərin istifadəsinə start verilir

Almaniya hökuməti, özünü idarə edən nəqliyyat vasitələrinin bəzi ərazilərdə trafikə buraxılmasına icazə verilməsini   nəzərdə  tutan qanun layihəsi hazırlayıb.

1581391
Almaniyada sürücüsüz avtomobillərin istifadəsinə start verilir

Almaniya Nəqliyyat Nazirliyi  bu  barədə  məlumat  yayıb.  Nazirliyin  açıqlamasında  bildirilib  ki,  qanun layihəsi Nazirlər Kabinetinin təsdiqindən sonra müzakirəyə çıxarılması üçün Bundestaqa göndəriləcək.

Sözügedən qanun layihəsinin “4-cü Səviyyə  Avtomatik Sürüş” ilə   əlaqəli  olduğu  ifadə  edilən  açıqlamada, layihənin  qəbul  edilməsi  halında  Almaniyanın avtomatik sürücüsüz  nəqliyyat  vasitələrini gündəlik istifadəyə verəcək ilk ölkə  olacağına  diqqət  çəkilib. 



Әlaqәli Xәbәrlәr